"Hizbullah" bəyanat yayaraq, BMT-nin iki ildə bir dəfə tərtib etdiyi məruzəni "qərəzli" və "İsrailin" maraqlarına xidmət edən» adlandırıb.
İslam-Azeri.az İnternet qəzetinin ərəb mənbələrinə istinadən verdiyi xəbərə görə, Hərəkatın baş katibinin müavini şeyx Naim Qasim çıxışında sözügedən məruzəni Livanda qarşıdurma yaratmağa yönəldiyini söyləyib: "Məruzə aşkar qərəzli xarakter daşıyır və BMT Təhlükəsizlik Şurasının fəaliyyətinə kölgə salır".
Qeyd edək ki, BMT-nin məruzəsində «Hizbullah»da olan silah Livanın sabitliyinə təhlükə törədən əsas amil kimi qiymətləndirilir.
Qasim bildirib ki, Hərəkatın silaha malik olması hətta Livan rəsmiləri tərəfindən belə dəstəklənir.