"Hizbullah"dan hökümətə xəbərdarlıq

Bir müddət əvvəl Livan höküməti ilə ABŞ səfirliyinin daxili təhlükəsizliyə dair razılaşması "Hizbullah" hərəkatını hiddətləndirib.

İslam-Azeri.az internet qəzetinin "Yaxın Şərq Xəbərləri" araşdırma mərkəzinə istinadən verdiyi xəbərə görə, bununla bağlı çıxış edən "Hizbullah"ın liderlərindən sayılan, icra şurasının sədri Seyyid Haşim Səfiəddin ABŞ və Livanın Daxili İşlər Nazirlikləri arasında olan razılaşmanın ölkə üçün çox pis nəticələr verəcəyini bildirib.

"Nur" radiosunun məlumatına görə, "Hizbullah" lideri Seyyid Haşim Səfiəddin höküməti diqqətli olmağa çağıraraq, bu razılaşmaların İsrail xeyrinə olduğunu bildirib və deyib: "Livanın güc strukturalrının ABŞ-a qapı açması ölkənin parçalanmasına gətirib çıxaracaq. Biz bir müqavimət hərəkatı olaraq bu razılaşmanı təhlükəli tendensiya kimi dəyərləndiririk".

Qeyd edək ki, "Hizbullah" rəsmisinin bu açıqlaması Livan hökümətinə sərt mesaj kimi qəbul edilə bilər.

ABŞ səfirliyi Livan hökümətinin nümayəndələri ilə görüşü zamanı "Hizbullah"la əlaqədar mütəmadi olaraq öz narahatlığını bildirir.

Diqqətinizə çatdıraq ki, Livan höküməti ötən il ABŞ-ın təkidi ilə "Hizbullah"ın rabitə qovşağını qanunsuz elan etmiş, Beyrut hava limanının mühafizə xidmətinin rəisini tutduğu vəzifədən kənarlaşdırmış, həmçinin "Hizbullah"ın bir-neçə üzvünün həbs etmişdi.
"Hizbullah"ın baş katibi Seyyid Həsən Nəsrullah


Bundan dərhal sonra "Hizbullah" lideri Seyyid Həsən Nəsrullah bununla əlaqədar çıxış etmiş və bunları demişdir: "Bizi iqtidarı devirmək istəyində ittiham edirlər. Əgər biz iqtidarı devirmək istəsək, iqtidar üzvləri səhər yuxudan oyandıqda özlərini həbsdə görərlər. Biz iqtidara xəbərdarlıq etmişdik. Bizə güllə atanlara güllə atacağıq. Adamlarımızı həbs edənləri isə həbs edəcəyik". Cəmi iki saatdan sonra isə bütün iqtidara bağlı qüvvələr "Hizbullah" tərəfindən həbs edilmiş və onlara bağlı telekanal, redaksiya və idarələr ələ alınmışdı.

Livanın o vaxtkı baş naziri və iqtidar partiyasının rəhbəri Fuad Senyora televiziya vasitəsiylə çıxış edərək "Hizbullah"ın bütün tələblərini yerinə yetirəcəyinə söz vermiş və məğlubiyyətini etiraf etmişdi.

В этом разделе