Əfqanıstanda növbəti terror aktı xaricilərə yönəldilib.
İslam-Azeri.az İnternet Qəzetinin AA-ya istinadən verdiyi xəbərə görə, Əfqanıstanın Qəndahar şəhətində partlayıcı qurğu yerləşdirilmiş avtomobilin partladılması nəticəsində 7 İngilis vətəndaşı ilə 3 Əfqan vətəndaşı həyatını itirib.
Partlayışın gücü nəticəsində Həmid Karzainin ögey qardaşı Əhməd Vəli Karzainin evinin şüşələrinin qırıldığı bildirilib.