Siyahıya ABŞ və İngiltərə başçılıq edir
FaktXeber.com-un "Reuters"-ə istinadən verdiyi məlumata görə, ABŞ-ın 2001-ci ildə Əfqanıstanı işğal etməsindən sonra, ölkədə öldürülmüş NATO əsgərlərinin sayı 1730 nəfərə çatıb. Bu barədə hesabat yayan “Reuters” informasiya agentliyi, silahlı qarşıdurma və qəza zamanı ölən hərbçilərin ölkələrə görə siyahısını açıqalyıb. Belə ki, verilən hesabat zamanı məlum olub ki, bu günə qədər ABŞ Əfqanıstanda 1044, İngiltərə 281, Kanada 142 hərbçisini itirib. Bu siyahıda Avropa ölkələrindən olan Almaniyanın 43, Fransanın 41, Danimarkanın 31, İspaniyanın 28, İtaliyanın 22, Hollandiyanın 23 əsgərini itiridiyi məlum olub. Eyni zamanda işğalçı NATO qoşunları nəzdində xidmət edən digər ölkələrin də 75 hərbçisini itirdiyi öz əksini tapıb. Nəzərinizə çatdıraq ki. açıqlanan bu hesabat, ekspertlərin fikrincə bir o qədər də həqiqəti əks etdirmir. Artıq neçə ildir davam edən silahlı qarşıdurmalar zamanı NATO göstərilən rəqəmdən 2-3 dəfə artıq itki verib. Lakin NATo komandanlığı müxtəlif səbəblər üzündən öldürülən əsgərlərin siyahısını tam açıqlamaqdan yayınır.