Dağıstan məktəblərində hicab qadağası

Moskva metrosundakı terrordan sonra Rusiyanın bir çox yerində olduğu kimi Dağstanda da hicablılara qarşı təzyiqlər artıb.

İslam-Azeri.az internet qəzetinin "İslam Rusiya Federasiyasında" saytına istinadən verdiyi xəbərə görə, 1 apreldən başlayaraq Dağstanın orta məktəblərində "terrorizmə yox" şüarı ilə təbliğat kompaniyası start verilib.

Bu layihə məktəb direktorlarında başqa təəssürat yaradıb.

Belə ki, bir neçə orta məktəbdə hicablı tələbələr direktor otağına çağırılaraq terrorçular haqqında məlumatlandırılıb və onlara hicabı açmaq "məsləhət"i verilib.

Valideynlər isə direktorların bu addımını özbaşnalıq adlandıraraq, qısa paltar geyən, məktəbliyə yaraşmayan təzrzdə məktəbə gələn qızlara "məsləhət" verilmədiyi təqdirdə hicablı, əxlaqa sahib qızlara bu cür yersiz "məsləhət"ləri absurd adlandırıblar.
İslam-Azeri.az

В этом разделе