Livan Hizbullahının lideri Seyid Həsən Nəsrullah, Misir məhkəməsinin Hizbullaha mənsub şəxslər əleyhində verdiyi qərarı haqsız və zalım qərar olaraq xarakterizə etdi.
Açıqlamasında Nəsrullah, Qəzzadakı məsum insanlara kömək etmək və müqaviməti dəstəkləmək məqsədiylə hərəkət edən bu kəslərin haqsız yerə cəzalandırıldığını və bunun da zalım bir siyasət olduğunu ifadə etdi.
İsra.Az saytının xəbərinə görə, Küveytdə yayınlanan “Rai TV” ilə reportajda açıqlamalar verən Seyid Həsən Nəsrullah, məhkəməyə çıxarılan şəxslərin hər birinin şərəfli bir mücahid olduğunu vurğuladı.
Bu mücahidlərin Fələstin müqavimətini dəstəkləmək üçün gəldiklərini ifadə edən Həsən Nəsrullah, bu kəslərə yönəldilən ittihamların əsassız ittihamlar olduğunu ifadə etdi.
Məhbuslara və ailələrinə xitab olaraq müraciət edən Seyid Həsən Nəsrullah, “məhkum edilən kəslərin Fələstin xalqı üçün zindanlara atıldı və bunu bütün dünyanın bildiyi kimi bütün Fələstinlilər də öyrəndi və bu vəziyyət onlar üçün əhəmiyyətli bir güc qaynağı oldu,” -dedi.
Digər tərəfdən Misir ilə əlaqələrin bağlı olmadığına diqqət çəkən Həsən Nəsrullah, “biz qətiliklə qardaşlarımızı həbsxanalarda tək buraxmayacağıq” – dedi.
Həmçinin Nəsrullah qanuni kanallar ilə də problemə həll axtaracaqlarını da ifadə etdi.
“Bu andakı vəziyyət məhkəməlik vəziyyətindən kənar bir vəziyyətdir” deyən Seyid Həsən Nəsrullah, “siyasi yollar da problemin həlli üçün istifadə ediləcək,” -dedi.
Nəsrullah, bütün siyasi və diplomatik yolların problemin həllində istifdə olunacağını qeyd etdi.
Son günlərdə Misir rəhbərliyinə aid bir məhkəmə verdiyi qərarda 26 adamı Livan İslami Müqavimət Hərəkatı Hizbullaha aid olmaq ilə ittiham olunaraq həbs cəzasına məhkum etmişdi.
İsra.Az