Əfqanıstanda qanlı olaylar səngimək bilmir.
İslam-Azeri.az İnternet qəzetinin AP-yə istinadən verdiyi xəbərə görə, bazar günü axşam saatlarında Zormat əyalətində sərnişin avtobusu minaya düşüb. Partlayış nəticəsində 7 nəfər həlak olub, daha 14 nəfər isə yaralanıb.
Bu gün səhər isə Host şəhərində terrorçu minalanmış avtomobillə Əfqanıstan Milli ordusunun avtomobil karvanına hücum edib. İlkin məlumatlara görə, bir nəfər həlak olub, daha bir neçə nəfər isə yaralanıb.
İslam-Azeri.az