Pakistanda terror

Pakistanın Lahor şəhərində baş verən şiddətli partlayış nəticəsində ilkin məlumatlara görə 5 nəfər həlak olub, daha 37 nəfər isə yaralanıb.

“İsrail atəşlə oynayır”

Fələstinli jurnalistləri qəbul edən Türkiyə Respublika başçısı Gül, Məscidül Əqsaya qarşı hücumları reallaşdıran İsrailin atəşlə oynadığını söylədi.

Ərdoğan qəzəblənib

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma erməni soyqırımı ilə bağlı qəbul edilən qərar Türkiyənin Baş nazirini də qəzəbləndirib. Rəcəb Tayyib Ərdoğan bildirib ki, qanunun qəbul edilməsinə səs verənlərin əksəriyyəti hətta xəritədə Ermənistanı belə göstərə bilməz.

Oğuzda ziyarəgah darmadağın edilib

Oğuz rayonu Qrabaldır kənd sakinləri imkanlı iş adamı Şamil Şumilovun əsrinə çevrildiklərini bildiriblər. Şikayətçilərin sözlərinə görə iş adamı, “Şıxmazar baba» ziyarətgahını dağıldıb və kənddə məxsus 125 hektar torpaq sahəsini zəbt edib. Bununla kifayətlənməyən Ş. Şumilov kəndi dərinliyi 3 metr, eni 6 metr uzunluğu 1200 metr olan səngərlə əhatəyə alıb. Şikayəti araşdırmaq məqsədilə Oğuz rayonunda olduq

Türkiyə ya erməni lobbisi?

Sabah Ağ ev Türkiyə və erməni lobbisi arasında seçim etməlidir. Çünki martın 4-də Birləşmiş Ştatlar Konqresinin Xarici Əlaqələr Komitəsində qondarma “erməni soyqırımı” ilə bağlı iddia müzakirəyə çıxarılacaq. Artıq türk nümayəndə heyəti ilə yanaşı Ermənistan parlamentariləri də Vaşinqtondadır. Qeyd edək ki, uydurma “erməni soyqırımı”nın ildönümü kimi qəbul edilən aprelin 24-dən əvvəl Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da Vaşinqtona səfər edəcəyi gözlənilir.

Avtsraliya da sionistlərdən bezib

HƏMAS liderlərindən olan Mahmud əl-Məbhuhun Dubayda qətlə yetirilməsi zamanı MOSSAD agentlərinin üçünün saxta Avtsraliya pasportlarından istifadə etməsi faktı bu ölkə rəsmilərini də hiddətləndirib.

Страница 37 из 60«333435363738394041»