Bu təklifi Yəmənin dövlət başçısı verib.
İslam-Azeri.az internet qəzetinin "Saba" agentliyinə istinadən verdiyi xəbərinə görə Yəmən prezidenti Abdulla Saleh Səada şəhərinin bir qrup universitet tələbəsi ilə görüşündə Husi hərəkatına mesajlar verib.
O deyib: "Atəşkəsə riayyət edin və ölkənin bütün vətəndaşları kimi hüquqlara sahib olun. Əgər siz qanunlara və Konstutusiyaya uyğun olaraq siyasi güc olmaq istəyirsinizsə, onda siyasi partiya qurun və Yəmənin siyasi həyatına qədəm qoyun. Bu cür etməsəniz siz müəyyən etnik qrupun və ya dəstənin müdafiəsində duran bir qrup olacaqsınız".
Qeyd edək ki, Əl Husi və Yəmən ordusu arasında 12 fevraldan etibarən atəşkəs elan olunub.