HƏMAS lideri Xalid Məşəllə görüşən Rusiyanın baş müftisi Ravil Qaynuddin fələstinlilərə dəstək olacaqlarını deyib.
Moskvada rəsmi səfərdə olan Məşəl Rusiya müsəlmanlarının təmsilçiləri ilə də görüşüb. HƏMAS lideri ilə söhbətində Ravil Qaynuddin ölkə müsəlmanlarının Fələstində baş verənləri ürək ağrısı ilə izlədiklərini və İsrail işğalını da qınadıqlarını deyib. O, Qəzzadakı fələstinli qardaşlarına yardım və dəstəyi artırmaq üçün HƏMAS-la əməkdaşlığı daha da gücləndirəcəklərini bildirib.
Rusiyadakı müsəlmanlara Fələstin xalqına dəstək verdikləri üçün təşəkkür edən Məşəl buradakı müsəlmanlarla görüşündən məmnun olduğunu deyib.
Verilən məlumatlara görə, hər iki tərəf arasında baş tutan görüşmədən sonra tərəflər birlikdə Moskvanın mərkəzi məscidində namaz qılıblar.
/dunyabulteni/
/AzeriMuslims/