Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Amerika Konqresinin Xarici Əlaqələr Komitəsinin Birinci Dünya Müharibəsi dövründə ermənilərin qətliamını soyqırımı kimi səciyyələndirən qətnamənin qəbul etməsini kəskin tənqid edib.
Islam-Azeri.az İnternet Qəzetinin BBC-ə istinadən verdiyi xəbərə görə, Baş nazir Ərdoğan deyib ki, Türkiyə törətmədiyi cinayətdə ittiham edilib.
Rəcəb Tayyip Ərdoğan əlavə edib ki, bu qətnamə Türkiyə-Amerika münasibətlərinə zərər vuracaq.
Rəsmi Ankara artıq Vaşinqtondakı səfirini geri çaığırıb və digər addımalrın nəzərdən keçirdiyini deyib.
Müxbirlər deyirlər ki, bu məsələ Türkiyə üçün çox həssas bir məsələs kimi qalmaqdadır.
Türkiyə Amerikanın müttəfiqi və NATO-nun mühüm üzvlərindən biridir.
İslam-Azeri.az