Azərbaycanla İsrail arasında viza rejimi ləğv oluna bilər

Bakıda səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Libermanın azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşünün bəzi təfərrüatları açıqlanıb.

APA-nın Newsru.co.il saytına istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq, o cümlədən dəniz suyunun duzdan təmizlənməsi, təhsil, səhiyyə, enerji, təhlükəsizlik məsələləri, ikiqat vergidən azad olunmaq haqqında sazişin imzalanması imkanları müzakirə olunub. Azərbaycan tərəfi bildirib ki, Aşkelon və Xadera şəhərlərində dəniz suyunun duzdan təmizlənməsini öyrənmək üçün nümayəndə heyəti göndərmək niyyəti var.
A. Liberman isə ikitərəfli qaydada viza rejimini ləğv etməyi təklif edib. Bu məsələ ilə bağlı məsləhətləşmələr diplomatlar tərəfindən yaxın gələcəkdə müzakirə olunacaq.

В этом разделе