Əfqanıstanda Sovet İttifaqına qarşı aparılan müharibənin liderlərindən olan, indi isə Əfqanıstan İslam Partiyasının sədri vəzifəsini tutan Gülbəddin Hikmətyar “əl-Qaidə” lideri Üsamə bin Ladenin yaşadığını deyib.
Oktyabr ayının 24-də Almaniyanın Elselfend şəhərindəki məscidin divarlarına içərisinə donuz qanı doldurulmuş şarlar ataraq hücum edən dörd nəfər həbs edilib.
Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün baza prinsiplərinin razılaşdırılması istiqamətində müzakirələri davam etdirməyə hazır olduqlarını bir daha bəyan ediblər.