
Moda nümayişi Fransadakı müsəlmanların etirazlarına səbəb olub
Hərbi vertolyotlar tərəfindən endirilmiş hava zərbəsi nəticəsində Pakistanın şimal-qərbində Orakzay vilayətində ən azı 40 nəfər Taliban yaraqlısı öldürülüb. Bu barədə APA ROSBALT-a istinadən xəbər verir.
İngiltərə ordusunun atış təlimlərində məscid şəklində hədəf taxtalarından istifadə olunur. Milli.Az xəbər portalı CNN Türk-ə istinadən xəbər verir ki, bu barədə məlumat “İndependent” qəzetində dərc olunub. Qəzetin məlumatına görə, Şimali Yorkşirdə yerləşən təlim meydançasındakı yaşıl damlı məscidə bənzər hədəf taxtalarından İngiltərə ordusunun Əfqanıstan təlimləri üçün istifadə olunur. Bu, ölkədəki müsəlman icmasının ciddi etirazlarına səbəb olub.
Rusiyada son zamanlar yaşanan terror hadisələri ilə bağlı müsəlmanlara qarşı ittihamların artması Rusiya Müftilər şurasını buna reaksiya verməyə məcbur edib. Belə ki, Müftilər şurası tərəfindən paytaxt Moskvada təşkil edilən toplantıda terrorçuluğun müsəlmançılıqla bağlı olmaması ilə bağlı fikirlər ön plana çəkilib. Müftilər şurasının konfrans zalında təşkil edilən dəyirmi masada Moskvadakı İslam ölkələrinin səfirləri, mətbuat işçiləri və bir sıra təşkilatların nümayəndələri iştirak edib.
Çeçenistan müqavimət hərəkatının lideri Doku Umarov Moskva metrosunda baş vermiş partlayışların məsuliyyətini öz üzərinə götürüb. Lent.az-ın “Reuters”-ə istinadən məlumatına görə, Umarov son videomüraciətində terror aktının onun şəxsi tapşırığı ilə həyata keçirildiyini bəyan edib. O, həmçinin bildirib ki, Rusiya ərazisində terror hücumları davam edəcək.