Pakistanda terror

Pakistanın Lahor şəhərində baş verən şiddətli partlayış nəticəsində ilkin məlumatlara görə 5 nəfər həlak olub, daha 37 nəfər isə yaralanıb.

İslam-Azeri.az İnternet qəzetinin Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, terror aktının hədəfi yerli təhlükəsizlik xidməti olub. Terrorçular binanın qarşısında içərisində 600 kiloqram partladıcı olan avtomobili partladıblar.

Lakin qeyri-rəsmi mənbələrin bildirdiyinə görə, terror aktı zamanı ətrafdakı bir neçə bina da dağıdılıb. Xilasedicilər isə dağıntılar altından çox sayda ölü və yaralı çıxarıblar. Lahor xəstəxanasının baş həkimi sakinlərə müraciət edərək, təcili olaraq zərərçəkənlərə qan verməyə çağırıb.

В этом разделе