
Bir ayda 150-dən çox insan öldürülüb.
Ötən gün Pakistanın Lahor şəhərində üç partlayış baş verib. Məlumatı “Reuters” agentliyi yerli hökumət orqanlarına istğinadən yayıb. Terror aktları nəticəsində azə 41 nəfər həlak olub, 125-dən artıq adam xəsarət alıb. Şəhərin mərkəzi xəstəxanasının həkimi həlak olanların sayının arta biləcəyini istisna etməyib. Partlayışların müqəddəslərin ibadətgahlarından birində baş verdiyi bildirilir.
Dünyanın ən böyük saatı müsəlman ölkəsində olacaq. Səudiyyə Ərəbistanının Məkkə şəhəri yaxınlığında saat qülləsi ucaldılacaq. İnşası davam edən “Abraj El Beyt qüllələri” adlı otel kompleksindəki qüllələrdən birinin başına yerləşdiriləcək saat Londondakı “Biq-Ben”dən 6 dəfə böyük olacaq. Məkkə “Kral saat qülləsi”nin 662 metrlik hissəsi betondan olacaq, onun təpəsində isə 155 m hilal (aypara) yerləşdiriləcək.