Liviyanın paytaxtı Tripolidə toplanan «Mini Ərəb Sammiti», sülh yaratma əməliyyatlarına qatılacaq bir ərəb hərbi blokunun qurulması, ayrıca müdafiə, xarici siyasət, enerji, su kimi sahələrdə qərarların həyata keçirilməsini təmin edəcək bir icraçı orqanın qurulması təklifləri irəli sürülüb.
Ərəb Birliyi Baş Katibi Əmr Musa və Misir, İraq, Qətər, Yəmən və Liviya liderlərinin qatıldığı bir günlük zirvə sonunda yayımlanan birgə bülletendə, Ərəb Birliyi sammitlərinin sayının artırılması və ildə 2 dəfə toplanması da tövsiyə edilib.