“Əl Qaidə” terror təşkilatının lideri Üsəma bin Ladenin keçmiş köməkçilərindən biri - Məmduh Mahmud Səlim həbsxana nəzarətçisini öldürməyə cəhdə görə ömürlük azadlıqdan məhrum edilib.
Kuba inqilabının lideri Fidel Kastro son vaxtlar yerli mətbuatda tez-tez çıxışlar edir və dünyanın aktual problemlərinə dair öz fikirlərini irəli sürür.
İngiltərədə beynəlxalq uşaq pornosu şəbəkəsinin başındakı Ian Green həbs olundu. Greenin ictimai paylaşma saytı Facebookdan 100 min uşaq pornosu fotoşəkili paylaşdığı ortaya çıxdı.
Birləşmiş Ştatların ərazisində yaşayan müsəlmanların əksəriyyəti prezident Barak Obamanın fəaliyyətindən razıdır. Sosioloji sorğunun nəticələri bunu göstərir.
Türkiyə NATO-nun təlimləri zamanı Ermənistanla sərhədini müvəqqəti olsa da açmayacaq. Bu barədə cümə axşamı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.
Danimarka dövlət rəsmiləri ölkə ərazisində məscidlərdən azan yayımlanması ilə razılaşıb və səsgücləndiricilərdən azan verilməsinə qarşı iddialar rədd edilib.
Beynəlxalq sektor: Dünya dinləri ilə əlaqəli ən böyük beynəlxalq təşkilat olan “Dinlər sülh üçün” təşkilatı 11 sentyabra təyin edilmiş təxribatçı Quranyandırma günü tədbirini pisləyib.