Kəraçidə qan su yerinə axır

Pakistanın paytaxtı Karaçi

Bir ayda 150-dən çox insan öldürülüb.

Son 3 gündə Pakistanın cənubundakı Kəraçi şəhərində siyasi fikir ayrılığı və etnik problemlər səbəbindən baş verən qarşıdurmalarda ölənlərin sayı 25-ə çatıb.

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, polisin başlatdığı əməliyyatlarda onlarla insanın həbs edilib və qarşıdurmanın qarşısını almaq üçün təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, Kəraçi şəhərində 20 milyondan çox insan yaşayır. İqtidardakı Pakistan Xalq Partiyası, Hindistan qaçqınları və puştunlar arasında fikir ayrılıqları mövcuddur. Bu səbəbdən şəhərdə son bir ayda 150-dən çox insan öldürülüb.

В этом разделе