Yəhudilərdən Türkiyəyə dəstək

Onlar ABŞ-da İsrailə qarşı aksiya keçiriblər.

Yəhudilər Nyu-Yorkda İsrail əleyhinə aksiya keçiriblər. Aksiya Manhettendə İsrailin baş konsulluğu binasının önündə olub. Əksəriyyəti yəhudilərdən ibarət olan qrup İsrailin Qəzzaya humanitar yardım aparan gəmilərə hücumunu pisləyib. Əllərində Türkiyə və Fələstin bayraqları olan aksiya iştirakçıları İsrail əleyhinə şüarlar səsləndiriblər. Onların əllərində "Qəzzadakı özbaşınalığa son", "Amerika dolları İsrailin hərbi cinayətlərini bəsləyir", "Əllərində ağ bayraq var idi, dəyənək yox", "İsrail qətliamı", "Qəzzaya azadlıq" yazılmış plakatlar tutublar.

Əyinlərində dini paltar olan bir qrup yəhudi isə aksiyaya üzərində "qadağan" işarəsi çəkilən İsrail bayraqları ilə gəlib. Bundan sonra aksiya iştirakçıları polisin nəzarəti altında "Times" meydanına gediblər. Aksiya bir müddət burada davam edib.

Amerikada BMT-nin binası qarşısında keçirilən başqa bir aksiyada isə türk və dini paltarlar geyinmiş İsrail tərəfdarı arasında münaqişə yaşanıb. Belə ki, BMT-nin binasının qarşısında olan Türk evinin yanında bir araya gələn israillilər Təhlükəsizlik Şurasının qərarına etiraz ediblər. Bir müddət sonra eyni küçəyə gələn "Gənc türklər" (Young Turks) dərnəyinin üzvləri və bir qrup yəhudi İsrail əleyhinə şüarlar səəsləndirməyə başlayıblar. Piket zamanı yarım saat ərzində iki qrup arasında "söz döyüşü" gedib.

Polisin gücləndirilmiş təhlükəsizlik tədbirləri sayəsində aksiyalar insidentsiz başa çatıb.

ANS

В этом разделе