Avropada İslami dəyərlərə qarşı təzyiqlər artmaqdadır.
İslam-Azeri.az İnternet qəzetinin AFP-yə istinadən verdiyi xəbərə görə, bu dəfə İspaniyada belə bir hal meydana gəlib. Belə ki, Kataloniyanın El Venderell şəhərinin meriyası ictimai yerlərdə niqaba qadağa qoyub.
El Venderel Kataloniyanın niqaba qadağa qoyan sayca ikinci şəhəridir. Daha öncə Leyda meriyası müsəlman qadınlarına qarşı yönələn qərar qəbul etmişdi.
Gələn həftə isə İspaniyanın Tarraqon və Reus şəhərlərində niqaba qadağa məsələsi müzakirəyə çıxarılacaq.
İslam-Azeri.az