İngiltərə İsrailin blokada qərarından məmnundur

Uilliam Haq: "Biz bu muhasirə qərarının, doğru istiqamətə atılmış əhəmiyyətli bir addım olduğunu düşünürük"

İslam-Azeri.az İnternet Qəzetinin İngiltərə mətbuatına istinadən verdiyi xəbərə görə, Böyük Britaniya hökumətinin xarici işlər naziri Uilliam Haqe İsrailin Qəzzaya qarşı mühasirəsini davam etdirərək qurudan mühasirəni yumşaltma fikirlərini məmnuniyyətlə qarşıladıqlarını bildirib.

"Dördlər Qrupu"nun Yaxın Şərq Nümayəndəsi və İngiltərənin keçmiş baş naziri Toni Bleyrlə görüşdüyünü ifadə edən Uilliam Haq, "Biz bu muhasirə qərarının, doğru istiqamətə atılmış əhəmiyyətli bir addım olduğunu düşünürük" deyib.

Bu qərarla İsrailin təhlükəsizlik narahatlıqlarının aradan qaldırılması lazım olduğunu ifadə edən U. Haq, yeni siyasətin tətbiq olunub necə işlədiyinin görülməsi lazım olduğunu qeyd edib.

Qeyd edək ki, ingilis nazir həmçinin 2006-cı ildən bu yana Qəzzada saxlanılan israilli əsgər Gilad Şalidin sərbəst buraxılması üçün çalışacaqlarını da bildirib.

İslam-Azeri.az

В этом разделе