ABŞ Avropanı İran raketləri ilə qorxudur

“Bizim kəşfiyyat müəyyən edib ki, onlar Avropaya zərbə endirmək istəsələr, raketləri yağış kimi yağdıracaqlar”

ABŞ-ın müdafiə naziri Robert Geyts Konqres üzvləri qarşısında İran təhlükəsi haqda danışıb. O deyib ki, İran ABŞ və Avropa üçün ən ciddi təhdid mənbələrindən biridir. Geytsin sözlərinə görə, Amerika kəşfiyyatı müəyyən edib ki, əgər İran Avropaya zərbə endirmək istəsə, o zaman bir və ya bir neçə ballistik raketdən deyil, yüzlərlə raketdən istifadə edəcək.

“Bu, raket yağışı olacaq. Biz yəqin ki, eyni vaxtda yüzlərlə raketin zərbəsini dəf etməli olacağıq” deyə, Pentaqon rəhbəri bildirib. Geyts deyib ki, bu qənaət ABŞ-la Avropa arasında ballistik raketlərdən müdafiə komponentlərinin yerləşdirilməsinə dair danışıqlarda nəzərə alınıb. ABŞ müdafiə naziri onu da deyib ki, Rusiyanın İrana dair siyasəti ziddiyyətlidir və onda şizofreniya görüntüsü yaradır. Belə ki, Rusiya bir tərəfdən İranın nüvə silahı əldə etməsinin necə təhlükəli olacağını görür, ancaq digər tərəfdən, kommersiya maraqlarından əl çəkə bilmir və Tehranla əməkdaşlığı davam etdirir.

(musavat)

В этом разделе