• İslam kitabxanası » İbn Teymiyyənin tövhid inancı - Yəhya Əbdülhəsən Duxi

    Bu mövzunun tədqiq olunmasında hədəf və metodumuz.

    Tövhid dinin və şəriətin dərk olunması üçün əsas prinsipdir. Bu əqidə barədə böyük ixtilaf baş vermişdir. İbn Teymiyyə düşüncə tərzinin ardıcılları onun təqdim etdiyi metodun tövhid əqidəsini nəzəri və əməli baxımdan dərk etməyin ən düzgün metodu hesab edirlər. Onların nəzərində digər müsəlmanlar istər nəzəri, istərsə də əməli cəhətdən səhvə yol vermişlər. Beləki, tövhid əqidəsini din və şəriətin məqsədlərinə uyğun olmayan formada tətbiq etmişlər. Nəticədə bu təfəkkürün ardıcılları islam məzhəblərini bidətə yol verməkdə ittiham etmişlər. Buna əsasən də başqa məzhəblərin tövhid əqidələrinin kamil olmamasını, İbn Teymiyyənin prinsiplərinə, düşüncələrinə və metoduna uyğun olmadığını deyirlər. Artıq bu metod müsəlmanları və başqalarını təkfir etmək və onların qanlarını halal bilməkdə meyarı olub. Nəticədə İslam aləmi bütövlükdə bu düşüncənin ağrı-acılarını çəkmək məcburiyyətində qalmış və terrorimz və radikalizm kimi ittihamlara məruz qalmışdır.

    İslam kitabxanası » Lillahi və lilhəqiqəh (1-2cild).pdf

    Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabının tərcüməsi

  • İslam kitabxanası » Abdullah ibn Səbə | Şeyx Əli Ali-Muhsin

    Bəzi islam məzhəbləri nəzərində Abdullah ibn Səbə şəxsiyyəti nəinki Osmanın zamanında baş vermiş “fitnə” hadisələrində iştirak etmiş bir yəhudidən ibarətdir, eyni zamanda o, digər tarixi şəxsiyyətlərin sahib olmadıqları böyük bir əhəmiyyətə sahib olan bir kəsdir. Məhz bu səbəbdən istər şiə, istərsə də sünni müəllifləri tərəfindən bu şəxsiyyətlə bağlı inkar və təsdiq məzmunlu müxtəlif kitablar yazılmışdır.


    Abdullah ibn Səbə şəxsiyyətinin aktuallığı onun Osmanın zamanında baş verən fitnələrin səbəbkarı, Osmanın qətlə yetirilməsinə gətirib çıxaran hadisələrin əsas təhrikçisi və bu hadisələrdən sonra baş vermiş minlərlə insanın həyatını itirdiyi qanlı müharibələrin mənşəyi olması iddiası ilə əlaqələnir. Bununla yanaşı, şiə düşmənləri şiə məzhəbinin əsl qurucusunun, rəcət, Əli ibn Əbu Talibin canişinliyi və s. kimi şiəliyin mühüm etiqadlarının məhz yəhudi Abdullah ibn Səbə tərəfindən icad edildiyini etmiş, bununla da mövzu daha fərqli əhəmiyyət kəsb etmişdir.

    İslam kitabxanası » VƏHHABİ ALİMİ OSMAN ƏL-XƏMİSƏ CAVAB - cild 2

    Oxucu qardaşım, qarşındakı bu kitab on iki imam şiələrinin başda Əmirəlmöminin Əli ibn Əbu Talib (əleyhis-səlam) olmaqla ümumən Əhli-Beytin (əleyhimus-səlam) imamətinin isbatına dair əsaslandıqları dəlillər barədə Şeyx Osman əl-Xəmisin “Hiqbətün minət-tarix” (“Tarixdən bir an”) adlı kitabında qeyd etdiyi bir sıra şübhələrə cavabdır. Mən bu kitabda onun bu mətnləri istər sənəd, istərsə də dəlalət baxımından gözdən salmaq cəhdlərinə cavab vermişəm. Müvəffəqiyyət əta etdiyinə görə uca olan Allah həmd olsun. Qeyd: Kitab ümumən 2 cilddən ibarətdir. Hazırda yükləyəcəyiniz PDF fayl 2-ci cilddir.

  • İslam kitabxanası » VƏHHABİ ALİMİ OSMAN ƏL-XƏMİSƏ CAVAB - cild 1

    VƏHHABİ ALİMİ OSMAN ƏL-XƏMİSƏ CAVAB - cild 1

    Oxucu qardaşım, qarşındakı bu kitab on iki imam şiələrinin başda Əmirəlmöminin Əli ibn Əbu Talib (əleyhis-səlam) olmaqla ümumən Əhli-Beytin (əleyhimus-səlam) imamətinin isbatına dair əsaslandıqları dəlillər barədə Şeyx Osman əl-Xəmisin “Hiqbətün minət-tarix” (“Tarixdən bir an”) adlı kitabında qeyd etdiyi bir sıra şübhələrə cavabdır. Mən bu kitabda onun bu mətnləri istər sənəd, istərsə də dəlalət baxımından gözdən salmaq cəhdlərinə cavab vermişəm. Müvəffəqiyyət əta etdiyinə görə uca olan Allah həmd olsun. Qeyd: Kitab ümumən 2 cilddən ibarətdir. Hazırda yükləyəcəyiniz PDF fayl 1-ci cilddir.

    İslam kitabxanası » Şübhələrin kəşfi: İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə (3-cü cild)

    Bu kitabı tərcümə etməkdə məqsədimiz insanlara sələfilərin (vəhhabilərin) ən tərifli münazirə və rəddiyyə ustadlarından birinin yalan və böhtanlarını insanlara göstərmək və bu əqidə daşıyıcılarından mümkün qədər ehtiyatlı olmalarını təbliğ etməkdir. Bu kimi şəxslər müsəlmanları azdırıb öz sıralarına daxil etməkdən ötrü hər cür yalan danışmağa və manipulyasiya etməyə hazırdırlar. İhsan İlahi Zahir öz yalanları ilə təəssüf ki, minlərlə şiə və müxtəlif məzhəb nümayəndələrini sələfiliyə dəvət edə bilir. Əlinizdəki kitabda onun saysız-hesabsız yalanları ilə, təhrifləri ilə tanış olacaqsınız. Kitab ümumən 3 cilddən ibarətdir. Hazırda yükləyəcəyiniz PDF fayl isə sonuncu cilddir.

  • İslam kitabxanası » Şübhələrin kəşfi: İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə (2-ci cild)

    Şübhələrin kəşfi: İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə (2-ci cild)

    Bu kitabı tərcümə etməkdə məqsədimiz insanlara sələfilərin (vəhhabilərin) ən tərifli münazirə və rəddiyyə ustadlarından birinin yalan və böhtanlarını insanlara göstərmək və bu əqidə daşıyıcılarından mümkün qədər ehtiyatlı olmalarını təbliğ etməkdir. Bu kimi şəxslər müsəlmanları azdırıb öz sıralarına daxil etməkdən ötrü hər cür yalan danışmağa və manipulyasiya etməyə hazırdırlar. İhsan İlahi Zahir öz yalanları ilə təəssüf ki, minlərlə şiə və müxtəlif məzhəb nümayəndələrini sələfiliyə dəvət edə bilir. Əlinizdəki kitabda onun saysız-hesabsız yalanları ilə, təhrifləri ilə tanış olacaqsınız. Kitab 3 cilddən ibarətdir. Hazırda yükləyəcəyiniz isə 2-ci cilddir.

    İslam kitabxanası » Şübhələrin kəşfi: İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə (1-ci cild)

    Şübhələrin kəşfi: İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə

    Bu kitabı tərcümə etməkdə məqsədimiz insanlara sələfilərin (vəhhabilərin) ən tərifli münazirə və rəddiyyə ustadlarından birinin yalan və böhtanlarını insanlara göstərmək və bu əqidə daşıyıcılarından mümkün qədər ehtiyatlı olmalarını təbliğ etməkdir. Bu kimi şəxslər müsəlmanları azdırıb öz sıralarına daxil etməkdən ötrü hər cür yalan danışmağa və manipulyasiya etməyə hazırdırlar. İhsan İlahi Zahir öz yalanları ilə təəssüf ki, minlərlə şiə və müxtəlif məzhəb nümayəndələrini sələfiliyə dəvət edə bilir. Əlinizdəki kitabda onun saysız-hesabsız yalanları ilə, təhrifləri ilə tanış olacaqsınız.

  • İslam kitabxanası » İmam Hüseynə (ə) əza saxlamaq bidətdirmi?

    Tarix boyu  daim sələfilər (yəni, vəhhabilər) tərəfindən İmam Hüseynin (ə) qiyamının və o Həzrətə (ə) əza saxlamağın əleyhinə şübhələr ortaya atılmışdır. Onlardan biri də azadlıqsevərlərin sərvəri olan İmam Hüseynə (ə) əza saxlamağın bidət hesab olunmasıdır.