• İslam kitabxanası » İlk qabaqcıllar (Tövbə surəsi, 100 barədə araşdırma)

    İlk qabaqcıllar (Tövbə surəsi, 100 barədə araşdırma)
    Qurani-Kərimin Tövbə surəsinin 100-cü ayəsi bir sıra məzhəblərin düşüncəsində səhabələrin məqamı və Allahın onlardan razılığı mövzusunda ən çox müraciət edilən nasslardan biridir. Ənənəvi baxışlarda bu ayəyə əsaslanaraq ilk mühacir və ənsarların mütləq və əbədi şəkildə bağışlandığı iddia edilsə də, təqdim olunan "İlk qabaqcıllar" əsəri həmin iddiaları Quran, Sünnə və tarix müstəvisində tənqidi şəkildə təhlil edir. Tədqiqat boyunca Allahın razılığının zati deyil, əməllərə bağlı feli sifət olduğu, bəndənin davranışından asılı olaraq dəyişə biləcəyi Quran ayələri və səhih hədislərlə əsaslandırılır. Əsərdə ilk müsəlmanlar arasından mürtəd olanların, döyüşdən qaçanların və hədd cəzası alanların tarixi faktları təqdim edilərək, ilahi razılığın mütləq zəmanət deyil, doğru yolda sabitqədəm olmağa bağlı olduğu göstərilir. Şeyx Müfidin kəlami arqumentləri və səhabələrin öz narahatlıqları da təsdiq edir ki, nicatın yeganə yolu son aqibətin xeyirli olması, Quran və Əhli-beyt (ə) xəttinə sadiq qalmaqdır. az.313news.net saytı tərəfindən tərcümə olunaraq, hazırlanmış bu elektron nəşr Tövbə surəsinin 100-cü ayəsini birtərəfli yozumlardan azad edərək oxucuya dərindən işlənmiş obyektiv elmi baxış təqdim edir. İnanırıq ki, təqdim olunan kitab həqiqət axtarışında olan hər bir kəs üçün dəyərli bir mənbə olacaqdır.

    İslam kitabxanası » Osman əl-Xəmisin “Qədir Xum hədisi” barədə batil fikirlərinə cavab

    Osman əl-Xəmisin “Qədir Xum hədisi”  barədə batil fikirlərinə cavab

    Oxucu qardaşım, qarşındakı bu kitab on iki imam şiələrinin başda Əmirəlmöminin Əli ibn Əbu Talib (əleyhis-səlam) olmaqla ümumən Əhli-Beytin (əleyhimus-səlam) imamətinin isbatına dair əsaslandıqları dəlillər barədə Şeyx Osman əl-Xəmisin “Hiqbətün minət-tarix” (“Tarixdən bir dövr”) adlı kitabında qeyd etdiyi bir sıra şübhələrə cavabdır. Mən bu kitabda onun bu mətnləri istər sənəd, istərsə də dəlalət baxımından gözdən salmaq cəhdlərinə cavab vermişəm. Müvəffəqiyyət əta etdiyinə görə uca olan Allah həmd olsun. - Həsən Abdullah

  • İslam kitabxanası » Qüreyşdən olacaq “on iki xəlifə” hədisinin araşdırılması

    Qüreyşdən olacaq “on iki xəlifə” hədisinin  araşdırılması

    Hörmətli oxucu! Oxudunuz bu kiçik həcmli kitab Doktor Seyyid Casim Musəvinin vəhabi İhsan İlahi Zahirin “Şiə və Əhlibeyt” adlı kitabına cavab olaraq yazdığı “Şübhələrin kəşfi” adlı kitabının III cildindən bir hissədir. Doktor Seyyid Casim Musəvi yalan və saxtakarlıqlarla dolu bu kitaba III cilddən ibarət “Kəşfun Şubahat” (Şübhələrin kəşfi) adlı rədiyyə kitabı yazmışdır. Kitabın hər üç cildi 313news.net tərəfindən ana dilimizə tərcümə olunmuş, kitab saytın KİTABXANA bölməsinə yerləşdirilmişdir.

    İslam kitabxanası » “Qədir-Xum” hədisinin İmam Əlini (ə) sevməklə bağlı olduğu şübhəsinə cavab

    “Qədir-Xum” hədisinin İmam Əlini (ə) sevməklə bağlı  olduğu şübhəsinə cavab

    Hörmətli oxucu! Oxudunuz bu kiçik həcmli kitab Doktor Seyyid Casim Musəvinin vəhabi İhsan İlahi Zahirin “Şiə və Əhlibeyt” adlı kitabına cavab olaraq yazdığı “Şübhələrin kəşfi” adlı kitabının III cildindən bir hissədir. Doktor Seyyid Casim Musəvi yalan və saxtakarlıqlarla dolu bu kitaba III cilddən ibarət “Kəşfun Şubahat” (Şübhələrin kəşfi) adlı rədiyyə kitabı yazmışdır. Kitabın hər üç cildi az.313news.net tərəfindən ana dilimizə tərcümə olunmuş, kitab saytın KİTABXANA bölməsinə yerləşdirilmişdir.

  • İslam kitabxanası » ŞİƏ MƏZHƏBİNDƏ TÖVHİD - Əla Həssun

    ŞİƏ MƏZHƏBİNDƏ TÖVHİD - Əla Həssun

    İnsan Tövhid məsələlərini daha dərindən bildikcə dünyagörüşünü genişləndirəcək, fikir və maarif müstəvisində dini səviyyəsi bir o qədər yüksələcək və həqiqi dini əqidəyə sahib olacaqdır. Məhz bu səbədən bu kitab qələmə alınmışdır. Bu kitab Əhli-Beyt (ə) məzhəbinin ardıcıllarının dinin birinci əqidə prinsipi olan tövhid əqidəsini bəyan etmək məqsədini daşıyır.

    İslam kitabxanası » SƏLƏFİ DƏLİLLƏRİNƏ DAİR ARAŞDIRMA | Şiəliyi qəbul etmiş keçmiş əhli-sünnə alimi Mərvan Xəlifat

    SƏLƏFİ DƏLİLLƏRİNƏ DAİR ARAŞDIRMA | Şiəliyi qəbul etmiş keçmiş əhli-sünnə alimi Mərvan Xəlifat

    Bu araşdırmada sələfilərin etimad etdikləri hədisləri və dəlilləri araşdırmaq qərarına gəldim. Sələfi kitablarını mütaliə edən hər bir oxucu həmin kitabların müəlliflərinin müəyyən hədislərə istinad etdikləri ilə rastlaşır. Onlar həmin hədislərə əsasən dəlil gətirərək özlərində və onların məzhəbinə mənsub olan oxucularda əminlik yaratmaq istəyirlər. Bununla da özlərinin doğru yolda olduqlarını bir daha təkid etmiş olurlar. Bu, başqalarını öz məsləkinə dəvət etmək üslubudur. Burada belə bir sual meydana çıxır: Sələfilərin daima istinad etdikləri dəlillər hansılardır? Həmin dəlillər obyektiv elmi tənqid baxımından necə dəyərləndirilir? Sələfilər müsəlmanların onlara tabe olmalarını gərəkdirən doğru dəlillərə sahibdirlərmi? Bu araşdırmada onların prinsiplərinə əsasən etimad etdikləri dəlillərinin əksəriyyətini Allah-taalanın bizə bəxş etdiyi lütf sayəsində müfəssəl surətdə tədqiq edəcəyik. Hər bir xeyirə doğru yönəldən məhz Odur!

  • İslam kitabxanası » Abdullah ibn Səbə | Şeyx Əli Ali-Muhsin

    Bəzi islam məzhəbləri nəzərində Abdullah ibn Səbə şəxsiyyəti nəinki Osmanın zamanında baş vermiş “fitnə” hadisələrində iştirak etmiş bir yəhudidən ibarətdir, eyni zamanda o, digər tarixi şəxsiyyətlərin sahib olmadıqları böyük bir əhəmiyyətə sahib olan bir kəsdir. Məhz bu səbəbdən istər şiə, istərsə də sünni müəllifləri tərəfindən bu şəxsiyyətlə bağlı inkar və təsdiq məzmunlu müxtəlif kitablar yazılmışdır.


    Abdullah ibn Səbə şəxsiyyətinin aktuallığı onun Osmanın zamanında baş verən fitnələrin səbəbkarı, Osmanın qətlə yetirilməsinə gətirib çıxaran hadisələrin əsas təhrikçisi və bu hadisələrdən sonra baş vermiş minlərlə insanın həyatını itirdiyi qanlı müharibələrin mənşəyi olması iddiası ilə əlaqələnir. Bununla yanaşı, şiə düşmənləri şiə məzhəbinin əsl qurucusunun, rəcət, Əli ibn Əbu Talibin canişinliyi və s. kimi şiəliyin mühüm etiqadlarının məhz yəhudi Abdullah ibn Səbə tərəfindən icad edildiyini etmiş, bununla da mövzu daha fərqli əhəmiyyət kəsb etmişdir.