
Əziz oxucular! Əvvəlki məqalələrimizdə sələfi (vəhhabi) alimi Osman əl-Xəmisin “Hiqbətun minət-tarix” (“Tarixdən bir an” - kitab rus, türk və azərbaycan dillərində mövcuddur) adlı kitabına cavab olaraq şiə alimi Şeyx Həsən Abdullah əl-Əcmi tərəfindən yazılmış "Ər-Raddun-nəfis alə əbatili Usman əl-Xəmis" (“Osman əl-Xəmisin batil sözlərinə nəfis rəddiyyə”) adlı 2 cildlik kitabından “Səhabənin ədaləti” bölməsini tərcümə edərək diqqətinizə çatdırmışdıq.
İndi isə həmin kitabdan “Mənzilət hədisi” bölməsini tərcümə edərək Osman əl-Xəmis və onun timsalında bütün vəhhabilərin iddialarının batil olmasını siz oxucuların nəzərinə çatdırmaq istəyirik.










