QURANİ-KƏRİM VƏ ŞİƏLƏR

Qurani-Kərimin hifz olunması, oxunuşu, hərəkələrinin qoyulması, həriflərinin nöqtələnməsi və təfsiri işində şiələrin ümmət içində üstünlüyü

Vəhabilər və onların təsiri altına düşənlər həmişə şiələrə irad tutaraq onlardan Qurani-kərimin nəql olunması barədə səhih sənəd tələb edirlər. Onların belə bir tələbdə bulunması olduqca təəccüblüdür. Necə ki, məsəldə deyilir: “Kimin evi şüşədəndirsə başqasının evini daşlamaz”. Məgər vəhabilər öz məzhəb prinsiplərinə əsasən bu gün müsəlmanların əksəriyyətinin oxunuşuna əsasən tərtib olunmuş Qurani-kərimin səhih sənədinə sahibdirlərmi?! Bu gün müsəlmanların əksəriyyətinin oxuduğu Qurani-kərim Həfs bin Süleyman bin Muğirə Əsədi Kufinin tabeindən olan Asim bin Əbunnucud Kufinin Əbu Əbdürrəhman Abdullah bin Həbib Suləmidən onun da Osman bin Əffan, Əli bin Əbu Talib, Zeyd bin Sabit və Ubəy bin Kəbin Peyğəmbərdən (s) nəql etdiyinə əsasən tərtib olunmuş oxunuşdur. Qərəzli insanların şiələrə irad tutmaq üçün daima axtardıqları boşluqları doldurmaq üçün bu mövzunu araşdırmaq qərarına gəldim. Qurani-kərimin qiraətində (mətnin oxunuşu və tərtibində) onların prinsiplərinə əsasən yalançı olan birinə etimad etdiklərini sübuta yetirdik. Həmçinin sübuta yetirdik ki, islam aləminin əksəriyyətinin etimad etdiyi Həfsin Asimdən nəql etdiyi qiraət sırf şiə qiraətidir. Başqaları bu qiraəti şiələrdən götürmüşlər, özlərinə nisbət vermişlər. Sonra isə başqaları qarşısında öyünürlər və onların bu qiraət barəsində səhih sənədə sahib olmamalarına irad tuturlar. Bu səfehlik və yüngüllükdür! Ərəb lüğətində bunların yaşadıqları bu psixoloji vəziyyəti ifadə edəcək söz belə tapmaq mümkün deyil. Biz indi sualı onlara doğru yönəldirik. Onlara gizli qalan və ya onların gizlətdikləri həqiqəti bəyan edirik. Allahdan yardım diləyirik. Həqiqətən də, O, ən gözəl mövla və ən gözəl yardımçıdır.

Файл
Детали
  • Просмотров
  • 1874
  • Загрузок
  • 888
  • Тип файла
  • Document Adobe
  • Размер файла
  • 2.26 Mb
Рейтинг

В этом разделе