• İslam kitabxanası » ŞİƏ MƏZHƏBİNDƏ TÖVHİD - Əla Həssun

    ŞİƏ MƏZHƏBİNDƏ TÖVHİD - Əla Həssun

    İnsan Tövhid məsələlərini daha dərindən bildikcə dünyagörüşünü genişləndirəcək, fikir və maarif müstəvisində dini səviyyəsi bir o qədər yüksələcək və həqiqi dini əqidəyə sahib olacaqdır. Məhz bu səbədən bu kitab qələmə alınmışdır. Bu kitab Əhli-Beyt (ə) məzhəbinin ardıcıllarının dinin birinci əqidə prinsipi olan tövhid əqidəsini bəyan etmək məqsədini daşıyır.

    İslam kitabxanası » SƏLƏFİ DƏLİLLƏRİNƏ DAİR ARAŞDIRMA | Şiəliyi qəbul etmiş keçmiş əhli-sünnə alimi Mərvan Xəlifat

    SƏLƏFİ DƏLİLLƏRİNƏ DAİR ARAŞDIRMA | Şiəliyi qəbul etmiş keçmiş əhli-sünnə alimi Mərvan Xəlifat

    Bu araşdırmada sələfilərin etimad etdikləri hədisləri və dəlilləri araşdırmaq qərarına gəldim. Sələfi kitablarını mütaliə edən hər bir oxucu həmin kitabların müəlliflərinin müəyyən hədislərə istinad etdikləri ilə rastlaşır. Onlar həmin hədislərə əsasən dəlil gətirərək özlərində və onların məzhəbinə mənsub olan oxucularda əminlik yaratmaq istəyirlər. Bununla da özlərinin doğru yolda olduqlarını bir daha təkid etmiş olurlar. Bu, başqalarını öz məsləkinə dəvət etmək üslubudur. Burada belə bir sual meydana çıxır: Sələfilərin daima istinad etdikləri dəlillər hansılardır? Həmin dəlillər obyektiv elmi tənqid baxımından necə dəyərləndirilir? Sələfilər müsəlmanların onlara tabe olmalarını gərəkdirən doğru dəlillərə sahibdirlərmi? Bu araşdırmada onların prinsiplərinə əsasən etimad etdikləri dəlillərinin əksəriyyətini Allah-taalanın bizə bəxş etdiyi lütf sayəsində müfəssəl surətdə tədqiq edəcəyik. Hər bir xeyirə doğru yönəldən məhz Odur!

  • İslam kitabxanası » Səvaiqul-ilahiyyə fir-rəddi aləl-Vahabiyyə

    VAHABİLƏRƏ RƏDD CAVABI OLAN İLAHİ
    İLDIRIMLAR(Səvaiqul-ilahiyyə fir-rəddi aləl-Vahabiyyə) - Qardaşı Muhəmməd bin Əbdülvahaba rəddiyyə

    Bir şəxs düşünün ki, kəlimeyi-şəhadət söyləyən müsəlman qardaşlarını təkfir edir, tərəfdarları isə müsəlmanları heç bir səbəb olmadan qətlə yetirir, mal və namuslarını özünlərə halal hesab edirlər. Bir zamanlar Xəvaric tayfasının müsəlmanlara qarşı törətdiklərinin daha artığını 18-ci əsrdə bu şəxs və tərəfdarları həyata keçirirlər. Sözügedən şəxs Muhəmməd ibn Əbdülvəhhab ən-Nəcdidir. Bu kitab isə Şeyx Süleyman ibn Əbdülvəhhab tərəfindən öz doğma qardaşı Muhəmməd ibn Əbdülvəhhaba yazdığı rəddiyədir. Düşünün ki, "küfr", "şirk", "bidət" kimi sözlərlə öz məzhəbini bəzəyən bir şəxsə ilk rəddiyəni öz doğma qardaşı yazır. Beləliklə, vəhhabi zehniyətinin başına yağan ilahi ildırımların şahidi olmaq üçün bu kitabı oxumağınızı şiddətlə tövsiyə edirik.

  • İslam kitabxanası » Lillahi və lilhəqiqəh (1-2cild).pdf

    Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabının tərcüməsi

    İslam kitabxanası » VƏHHABİ ALİMİ OSMAN ƏL-XƏMİSƏ CAVAB - cild 2

    Oxucu qardaşım, qarşındakı bu kitab on iki imam şiələrinin başda Əmirəlmöminin Əli ibn Əbu Talib (əleyhis-səlam) olmaqla ümumən Əhli-Beytin (əleyhimus-səlam) imamətinin isbatına dair əsaslandıqları dəlillər barədə Şeyx Osman əl-Xəmisin “Hiqbətün minət-tarix” (“Tarixdən bir an”) adlı kitabında qeyd etdiyi bir sıra şübhələrə cavabdır. Mən bu kitabda onun bu mətnləri istər sənəd, istərsə də dəlalət baxımından gözdən salmaq cəhdlərinə cavab vermişəm. Müvəffəqiyyət əta etdiyinə görə uca olan Allah həmd olsun. Qeyd: Kitab ümumən 2 cilddən ibarətdir. Hazırda yükləyəcəyiniz PDF fayl 2-ci cilddir.

  • İslam kitabxanası » İmam Həsənin (ə) sülhü: reallıq və tarixin zülmü - Yəhya Əbdülmuhsin Duxi

    Əgər İmam Həsənin (əleyhissalam) bağladığı sülhün islam ümmətinin həyatında tarixi dönüş nöqtəsi oynadığı qədər əhəmiyyətli olduğunu desək, mübaliğə etmiş olmarıq. Bu sülh əməvi xəttinin törətdiyi hadisələrə qarşı müsəlmanların zehinlərində fəhm və idrak baxımından yeni mərhələnin yaranmasını formalaşdırdı. İmam Həsən (əleyhissalam) bağladığı sülhün sayəsində Peyğəmbərin uğrunda qiymətli qurbanlar verdiyi dinin təhrif olunmasına və ali dəyərlərin aradan getməsinə səbəb olacaq fırtınaların qarşısını aldı.