
Vəliyyi-əsr müəssisəsi və alkafi.net saytının materialları əsasında

Oxucu qardaşım, qarşındakı bu kitab on iki imam şiələrinin başda Əmirəlmöminin Əli ibn Əbu Talib (əleyhis-səlam) olmaqla ümumən Əhli-Beytin (əleyhimus-səlam) imamətinin isbatına dair əsaslandıqları dəlillər barədə Şeyx Osman əl-Xəmisin “Hiqbətün minət-tarix” (“Tarixdən bir dövr”) adlı kitabında qeyd etdiyi bir sıra şübhələrə cavabdır. Mən bu kitabda onun bu mətnləri istər sənəd, istərsə də dəlalət baxımından gözdən salmaq cəhdlərinə cavab vermişəm. Müvəffəqiyyət əta etdiyinə görə uca olan Allah həmd olsun. - Həsən Abdullah

Hörmətli oxucu! Oxudunuz bu kiçik həcmli kitab Doktor Seyyid Casim Musəvinin vəhabi İhsan İlahi Zahirin “Şiə və Əhlibeyt” adlı kitabına cavab olaraq yazdığı “Şübhələrin kəşfi” adlı kitabının III cildindən bir hissədir. Doktor Seyyid Casim Musəvi yalan və saxtakarlıqlarla dolu bu kitaba III cilddən ibarət “Kəşfun Şubahat” (Şübhələrin kəşfi) adlı rədiyyə kitabı yazmışdır. Kitabın hər üç cildi az.313news.net tərəfindən ana dilimizə tərcümə olunmuş, kitab saytın KİTABXANA bölməsinə yerləşdirilmişdir.

Hörmətli oxucu!
Oxudunuz bu kiçik həcmli kitab Şeyx Əli Ali Muhsinin “Lillah və lit-tarix” (Allah və tarix naminə) kitabına cavab olaraq yazdığı “Lilləh və lil-həqiqə” (Allah və həqiqət naminə) adlı kitabının II cildindən bir hissədir. Şeyx Əli Ali Muhsin yalan və saxtakarlıqlarla dolu bu kitaba II cilddən ibarət “Lilləh və lil-həqiqə” (Allah və həqiqət naminə) adlı rədiyyə kitabı yazmışdır. Kitabın hər iki cildi 313news.net tərəfindən ana dilimizə tərcümə olunmuş, kitab I və II cildlər bir yerdə olmaqla saytın KİTABXANA bölməsinə yerləşdirilmişdir.

İnsan Tövhid məsələlərini daha dərindən bildikcə dünyagörüşünü genişləndirəcək, fikir və maarif müstəvisində dini səviyyəsi bir o qədər yüksələcək və həqiqi dini əqidəyə sahib olacaqdır. Məhz bu səbədən bu kitab qələmə alınmışdır. Bu kitab Əhli-Beyt (ə) məzhəbinin ardıcıllarının dinin birinci əqidə prinsipi olan tövhid əqidəsini bəyan etmək məqsədini daşıyır.

Bu araşdırmada sələfilərin etimad etdikləri hədisləri və dəlilləri araşdırmaq qərarına gəldim. Sələfi kitablarını mütaliə edən hər bir oxucu həmin kitabların müəlliflərinin müəyyən hədislərə istinad etdikləri ilə rastlaşır. Onlar həmin hədislərə əsasən dəlil gətirərək özlərində və onların məzhəbinə mənsub olan oxucularda əminlik yaratmaq istəyirlər. Bununla da özlərinin doğru yolda olduqlarını bir daha təkid etmiş olurlar. Bu, başqalarını öz məsləkinə dəvət etmək üslubudur. Burada belə bir sual meydana çıxır: Sələfilərin daima istinad etdikləri dəlillər hansılardır? Həmin dəlillər obyektiv elmi tənqid baxımından necə dəyərləndirilir? Sələfilər müsəlmanların onlara tabe olmalarını gərəkdirən doğru dəlillərə sahibdirlərmi? Bu araşdırmada onların prinsiplərinə əsasən etimad etdikləri dəlillərinin əksəriyyətini Allah-taalanın bizə bəxş etdiyi lütf sayəsində müfəssəl surətdə tədqiq edəcəyik. Hər bir xeyirə doğru yönəldən məhz Odur!

VAHABİLƏRƏ RƏDD CAVABI OLAN İLAHİ
İLDIRIMLAR(Səvaiqul-ilahiyyə fir-rəddi aləl-Vahabiyyə) - Qardaşı Muhəmməd bin Əbdülvahaba rəddiyyə
Bir şəxs düşünün ki, kəlimeyi-şəhadət söyləyən müsəlman qardaşlarını təkfir edir, tərəfdarları isə müsəlmanları heç bir səbəb olmadan qətlə yetirir, mal və namuslarını özünlərə halal hesab edirlər. Bir zamanlar Xəvaric tayfasının müsəlmanlara qarşı törətdiklərinin daha artığını 18-ci əsrdə bu şəxs və tərəfdarları həyata keçirirlər. Sözügedən şəxs Muhəmməd ibn Əbdülvəhhab ən-Nəcdidir. Bu kitab isə Şeyx Süleyman ibn Əbdülvəhhab tərəfindən öz doğma qardaşı Muhəmməd ibn Əbdülvəhhaba yazdığı rəddiyədir. Düşünün ki, "küfr", "şirk", "bidət" kimi sözlərlə öz məzhəbini bəzəyən bir şəxsə ilk rəddiyəni öz doğma qardaşı yazır. Beləliklə, vəhhabi zehniyətinin başına yağan ilahi ildırımların şahidi olmaq üçün bu kitabı oxumağınızı şiddətlə tövsiyə edirik.

Tarix boyu peyğəmbərlər və övliyalar barəsində ifrat (quluv) edənlərin varlığı inkar olunmazdır. Hələ yəhudi qövmü zamanında Hz.Üzeyirə (ə), yaxud da məsihilərin Hz.İsa Məsihə (ə) “Allahın oğlu” demələri buna bariz nümunədir. Ancaq əfsuslar olsun ki, bəzi cahil və nadan şəxslər bu böyük günahı 12 imam şiələrinə ünvanlayaraq şiələri ifrat və imamların vəsvində həddlərini aşmaqda ittiham etmişlər. Bu kitabçada bir sıra mühüm iradlara İslami mənbələrlə cavab verməyə çalışmışıq.