• İslam kitabxanası » Allaha atılmış iftira: "Ərşin səsi" hədisi - Muhəmməd Əli Həsən

    Mən bundan əvvəl “Ərşin səsi” hədisi barədə müxtəsər bir tədqiqat yazmışdım. Təcsim (Allahın cismləşdirilməsi) əqidəsində olanların nəql etdikləri ən çirkin hədis məhz bu hədisdir. Həmin vaxt işlərin çoxluğundan bu hədisi geniş şəkildə araşdırmamışdım. Daha sonra bu tədqiqatı daha geniş surətdə hərtərəfli araşdırmaq və onların Allah-taala barədə pis etiqadlarını üzə çıxartmağı qərara aldım. Mündəricatda qeyd olunduğu kimi, mövzunu bir neçə qismə böldüm. Allah-taaladan bu tədqiqatın qəlblərində Allah və Onun haqq dininin qeyrətini çəkən hər bir müsəlman şəxsə faydalı olmasını diləyirəm. Oxuculardan Ustad İbrahim Naziriyə (Allah ona rəhmət etsin) həmçinin, bu sətirlərin müəllifini dua etməyi unutmamalarını rica edirəm. Aləmlərin Rəbbi olan Allaha həmd olsun!

    Muhəmməd Əli Həsən

    İslam kitabxanası » İfrat və həddi aşma - Bəhruz Camal

    Tarix boyu peyğəmbərlər və övliyalar barəsində ifrat (quluv) edənlərin varlığı inkar olunmazdır. Hələ yəhudi qövmü zamanında Hz.Üzeyirə (ə), yaxud da məsihilərin Hz.İsa Məsihə (ə) “Allahın oğlu” demələri buna bariz nümunədir. Ancaq əfsuslar olsun ki, bəzi cahil və nadan şəxslər bu böyük günahı 12 imam şiələrinə ünvanlayaraq şiələri ifrat və imamların vəsvində həddlərini aşmaqda ittiham etmişlər. Bu kitabçada bir sıra mühüm iradlara İslami mənbələrlə cavab verməyə çalışmışıq.