• İslam kitabxanası » ŞİƏ MƏZHƏBİNDƏ TÖVHİD - Əla Həssun

    ŞİƏ MƏZHƏBİNDƏ TÖVHİD - Əla Həssun

    İnsan Tövhid məsələlərini daha dərindən bildikcə dünyagörüşünü genişləndirəcək, fikir və maarif müstəvisində dini səviyyəsi bir o qədər yüksələcək və həqiqi dini əqidəyə sahib olacaqdır. Məhz bu səbədən bu kitab qələmə alınmışdır. Bu kitab Əhli-Beyt (ə) məzhəbinin ardıcıllarının dinin birinci əqidə prinsipi olan tövhid əqidəsini bəyan etmək məqsədini daşıyır.

    İslam kitabxanası » SƏLƏFİ DƏLİLLƏRİNƏ DAİR ARAŞDIRMA | Şiəliyi qəbul etmiş keçmiş əhli-sünnə alimi Mərvan Xəlifat

    SƏLƏFİ DƏLİLLƏRİNƏ DAİR ARAŞDIRMA | Şiəliyi qəbul etmiş keçmiş əhli-sünnə alimi Mərvan Xəlifat

    Bu araşdırmada sələfilərin etimad etdikləri hədisləri və dəlilləri araşdırmaq qərarına gəldim. Sələfi kitablarını mütaliə edən hər bir oxucu həmin kitabların müəlliflərinin müəyyən hədislərə istinad etdikləri ilə rastlaşır. Onlar həmin hədislərə əsasən dəlil gətirərək özlərində və onların məzhəbinə mənsub olan oxucularda əminlik yaratmaq istəyirlər. Bununla da özlərinin doğru yolda olduqlarını bir daha təkid etmiş olurlar. Bu, başqalarını öz məsləkinə dəvət etmək üslubudur. Burada belə bir sual meydana çıxır: Sələfilərin daima istinad etdikləri dəlillər hansılardır? Həmin dəlillər obyektiv elmi tənqid baxımından necə dəyərləndirilir? Sələfilər müsəlmanların onlara tabe olmalarını gərəkdirən doğru dəlillərə sahibdirlərmi? Bu araşdırmada onların prinsiplərinə əsasən etimad etdikləri dəlillərinin əksəriyyətini Allah-taalanın bizə bəxş etdiyi lütf sayəsində müfəssəl surətdə tədqiq edəcəyik. Hər bir xeyirə doğru yönəldən məhz Odur!

  • İslam kitabxanası » İbn Teymiyyənin tövhid inancı - Yəhya Əbdülhəsən Duxi

    Bu mövzunun tədqiq olunmasında hədəf və metodumuz.

    Tövhid dinin və şəriətin dərk olunması üçün əsas prinsipdir. Bu əqidə barədə böyük ixtilaf baş vermişdir. İbn Teymiyyə düşüncə tərzinin ardıcılları onun təqdim etdiyi metodun tövhid əqidəsini nəzəri və əməli baxımdan dərk etməyin ən düzgün metodu hesab edirlər. Onların nəzərində digər müsəlmanlar istər nəzəri, istərsə də əməli cəhətdən səhvə yol vermişlər. Beləki, tövhid əqidəsini din və şəriətin məqsədlərinə uyğun olmayan formada tətbiq etmişlər. Nəticədə bu təfəkkürün ardıcılları islam məzhəblərini bidətə yol verməkdə ittiham etmişlər. Buna əsasən də başqa məzhəblərin tövhid əqidələrinin kamil olmamasını, İbn Teymiyyənin prinsiplərinə, düşüncələrinə və metoduna uyğun olmadığını deyirlər. Artıq bu metod müsəlmanları və başqalarını təkfir etmək və onların qanlarını halal bilməkdə meyarı olub. Nəticədə İslam aləmi bütövlükdə bu düşüncənin ağrı-acılarını çəkmək məcburiyyətində qalmış və terrorimz və radikalizm kimi ittihamlara məruz qalmışdır.

  • İslam kitabxanası » Səvaiqul-ilahiyyə fir-rəddi aləl-Vahabiyyə

    VAHABİLƏRƏ RƏDD CAVABI OLAN İLAHİ
    İLDIRIMLAR(Səvaiqul-ilahiyyə fir-rəddi aləl-Vahabiyyə) - Qardaşı Muhəmməd bin Əbdülvahaba rəddiyyə

    Bir şəxs düşünün ki, kəlimeyi-şəhadət söyləyən müsəlman qardaşlarını təkfir edir, tərəfdarları isə müsəlmanları heç bir səbəb olmadan qətlə yetirir, mal və namuslarını özünlərə halal hesab edirlər. Bir zamanlar Xəvaric tayfasının müsəlmanlara qarşı törətdiklərinin daha artığını 18-ci əsrdə bu şəxs və tərəfdarları həyata keçirirlər. Sözügedən şəxs Muhəmməd ibn Əbdülvəhhab ən-Nəcdidir. Bu kitab isə Şeyx Süleyman ibn Əbdülvəhhab tərəfindən öz doğma qardaşı Muhəmməd ibn Əbdülvəhhaba yazdığı rəddiyədir. Düşünün ki, "küfr", "şirk", "bidət" kimi sözlərlə öz məzhəbini bəzəyən bir şəxsə ilk rəddiyəni öz doğma qardaşı yazır. Beləliklə, vəhhabi zehniyətinin başına yağan ilahi ildırımların şahidi olmaq üçün bu kitabı oxumağınızı şiddətlə tövsiyə edirik.