• İslam kitabxanası » Osman əl-Xəmisin “Qədir Xum hədisi” barədə batil fikirlərinə cavab

    Osman əl-Xəmisin “Qədir Xum hədisi”  barədə batil fikirlərinə cavab

    Oxucu qardaşım, qarşındakı bu kitab on iki imam şiələrinin başda Əmirəlmöminin Əli ibn Əbu Talib (əleyhis-səlam) olmaqla ümumən Əhli-Beytin (əleyhimus-səlam) imamətinin isbatına dair əsaslandıqları dəlillər barədə Şeyx Osman əl-Xəmisin “Hiqbətün minət-tarix” (“Tarixdən bir dövr”) adlı kitabında qeyd etdiyi bir sıra şübhələrə cavabdır. Mən bu kitabda onun bu mətnləri istər sənəd, istərsə də dəlalət baxımından gözdən salmaq cəhdlərinə cavab vermişəm. Müvəffəqiyyət əta etdiyinə görə uca olan Allah həmd olsun. - Həsən Abdullah

    İslam kitabxanası » ŞİƏ MƏZHƏBİNDƏ TÖVHİD - Əla Həssun

    ŞİƏ MƏZHƏBİNDƏ TÖVHİD - Əla Həssun

    İnsan Tövhid məsələlərini daha dərindən bildikcə dünyagörüşünü genişləndirəcək, fikir və maarif müstəvisində dini səviyyəsi bir o qədər yüksələcək və həqiqi dini əqidəyə sahib olacaqdır. Məhz bu səbədən bu kitab qələmə alınmışdır. Bu kitab Əhli-Beyt (ə) məzhəbinin ardıcıllarının dinin birinci əqidə prinsipi olan tövhid əqidəsini bəyan etmək məqsədini daşıyır.

  • İslam kitabxanası » Molla Sədra və Məhdəviyyət - Bəhruz Camal

    Bu yazıda ilk olaraq Molla Sədranın nübuvvət və vəhyin qəbuluna, həmçinin  fəlsəfi məktəbindəki imamət mövzusuna işarə etdikdən sonra onun hər bir dövrdə imamın zəruri olması məsələsi barəsindəki arqumentləri bəyan edilmişdir. Bundan başqa Molla Sədranın on ikinci imamın varlığı və qeybəçəkilməsi barədə nəzəri diqqətə çatdırılmışdır. Sonda Molla Sədranın görüşlərini ümumi olaraq Farabi, İbn Sina, Şeyx İşraq, Mirdamad kimi filosofların nəzərləri ilə müqayisə edib Şeyx Müfid, Seyid Mürtəza, Xacə Nəsirəddin Tusi kimi imamiyyə mütəkəllimlərinin də məhdəviyyət mövzusu barəsindəki mövqelərinə işarə edilmişdir.