• Peyğəmbərin himayədarı və İslamın ağsaqqalı Əbu Talib - Muhəmməd Cavad Xəlil

    Bu kitab “Əhli-sünnə hədislərinin müzakirəsi” sərlövhəsində hazırladığım tədqiqat və araşdırmaların bir hissəsidir. Müəyyən səbəblərdən bəzi tədqiqatların müstəqil surətdə çap olunmasını istədim. Bu kitabda mövcud olan tədqiqatlar qeyd olunan araşdırmaların üçüncü hissəsidir. Bu kitabı “Peyğəmbərin himayədarı və İslamın ağsaqqalı Əbu Talib” adlandırdım. Allah-taaladan bu silsilə tədqiqatları nəşr etdirməkdə bizi müvəffəq etməsini diləyirəm.

    Rəcəb ayının fəzilətləri - Şeyx Səduq

    Bu yazı görkəmli alim, böyük mühəddis, məşhur fəqih və sinəsi Əhli-beyt (ə) maarifinin xəzinəsi olan cənab Şeyx Səduqun (305 – 381 hq) “Fəzailu-əşhuris-səlasə”  – (üç mübarək ayın fəzilətləri) – kitabından çıxarışdır.  Belə ki, Şeyx Səduq bu kitabda üç mübarək ayın (Rəcəb, Şəban və Rəməzan) fəzilət və əməlləri barəsində 158 hədis hədis rəvayət etmişdir ki, biz "Rəcəb" ayının daxil olması münasibətilə, bu ayın barəsində olan 18 hədisi tərcümə edib, sizə təqdim edirik.

  • Molla Sədra və Məhdəviyyət - Bəhruz Camal

    Bu yazıda ilk olaraq Molla Sədranın nübuvvət və vəhyin qəbuluna, həmçinin  fəlsəfi məktəbindəki imamət mövzusuna işarə etdikdən sonra onun hər bir dövrdə imamın zəruri olması məsələsi barəsindəki arqumentləri bəyan edilmişdir. Bundan başqa Molla Sədranın on ikinci imamın varlığı və qeybəçəkilməsi barədə nəzəri diqqətə çatdırılmışdır. Sonda Molla Sədranın görüşlərini ümumi olaraq Farabi, İbn Sina, Şeyx İşraq, Mirdamad kimi filosofların nəzərləri ilə müqayisə edib Şeyx Müfid, Seyid Mürtəza, Xacə Nəsirəddin Tusi kimi imamiyyə mütəkəllimlərinin də məhdəviyyət mövzusu barəsindəki mövqelərinə işarə edilmişdir.

    Vilayət ayəsi - Seyid Əli əl-Milani

    Həzrət Əlinin (ə) vilayət və imamətinin "Maidə 55" ayəsi ilə isbatı barədə bir çox əsərlər yazılmışdır. Seyid Əli əl-Hüseyni əl-Milani də özünəməxsus qələmi olan çox dəyərli alimlərdən biridir. Ümid edirik ki, kitab oxucular tərəfindən maraqla qarşılanacaqdır.

  • O, peyğəmbər deyildi - Həsən ibn Fərhan əl-Maliki

    Vəhhabilik və Məhəmməd ibn Əbdülvəhhab bərəsində çoxlu elmi və tənqidi əsərlər yazılmışdır. Ancaq onların hamısının həqiqəti əks etdirdiyini demək çətindir. Kitabın müəllifi Şeyx Həsən Səudiyyə Ərəbistanında anadan olmuşdur. Özünün də qeyd etdiyi kimi, dini təhsilini vəhhabilərin arasında almışdır. Bu mühitdə keçirdiyi uzun illər ərzində fikirlərinin vəhhabi ideologiyasına uyğun olmadığı qənaətinə gəlmişdir. Bunun nəticəsi olaraq da, vəhhabiliyə qarşı tənqidi yazılarını qələmə almışdır. Bu əsnada orta yolu təqib etməyə çalışmış, bacardığı qədər ifrat fikirlərdən uzaq durmuş, İslam birliyinə və bərabərliyinə önəm vermişdir. Əsərin Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanacağına ümid edərək, onun tərcüməsinə qərar verdik. (Tərcüməçidən)

    Qəza və qədər - Əllamə Mürtəza əl-Əskəri

    Nə cəbr, nə də təfviz nəzəriyyəsi insanın bu dünyadakı vəziyyətini düzgün şəkildə şərh edir. Belə ki, insan bu dünyada nə məcbur, nə də tam müstəqildir. Əllamə əl-Əskərinin bu kiçik həcmli yazısında qəza və qədər mövzusu Quran və hədislər işığında izah edilmişdir.

    Mühüm qeyd: saytın yükləmə linki bəzən həddən artıq yüklənmə səbəbindən işləməyə bilər. Ona görə əlavə olaraq 2 ədəd yükləmə keçidi qoyulub. Onlardan da istifadə edə bilərsiniz.

  • İslamda yemək-içmək və heyvan kəsimi - Əli Abdullah

    Həqiqi səadətə qovuşmağın yalnız bir yolu vardır. O yolun adı təqvadır. Qurani-Kərimin buyurduğuna əsasən, nicat tapıb səadətə qovuşanlar təqvalı olanlardır. Məsumlardan (ə) nəql olunmuş hədislərdə qeyd olunur ki, haramlardan çəkinən və vaciblərə riayət edənlər təqvalılardır. Ona görə də əgər səadətə qovuşub, nicat tapmaq istəyiriksə, təqva yolunu seçib haram-halallara diqqət yetirməli və bu barədəki göstərişlərə əməl etməliyik. Bu səbəbdən də hər bir şəxsə vacibdir ki, hər gün qarşılaşdığı haram-halal məsələlərini öyrənsin və əməl etsin. Bu məsələlərdən biri də yemək və içməyə aid olan hökmlərdir. Fiqhi kitablarda bəzən bu mövzu ilə yanaşı bəzən isə ayrıca mövzu olaraq verilən "zibahə" (heyvan kəsimi) ilə əlaqəli olan fiqhi hökmləri də bura əlavə etdik. Bunu mövzunun bir-biri ilə əlaqəli olmasını nəzərə alaraq etmək qərarına gəldik.

    Mühüm qeyd: saytın yükləmə linki bəzən həddən artıq yüklənmə səbəbindən işləməyə bilər. Ona görə əlavə olaraq 2 ədəd yükləmə keçidi qoyulub. Onlardan da istifadə edə bilərsiniz.

    İmamların (əleyhimussalam) elmi - Şeyx Həsən əl-Əcmi

    Şeyx Həsən əl-Əcminin bu dəyərli əsərində Əhli-beyt imamlarının (əleyhimussalam) elmi barədə yanlış anlaşılmalar izah edilmiş, iradlara cavab verilmişdir. Kitabda həm şiə, həm də əhli-sünnə qaynaqlarından çox sayda səhih hədislərdən, böyük alimlərin fikirlərindən sitatlar gətirilmişdir. Bu baxımdan, kitab kiçik həcmli olmasına baxmayaraq, məlumat cəhətdən çox zəngindir.

     

    Mühüm qeyd: saytın yükləmə linki bəzən həddən artıq yüklənmə səbəbindən işləməyə bilər. Ona görə əlavə olaraq 2 ədəd yükləmə keçidi qoyulub. Onlardan da istifadə edə bilərsiniz.

  • "Biz Peyğəmbərlər irs qoymuruq" hədisi barədə risalə - Şeyx Müfid

    İslam dünyasının görkəmli alimlərindən olan Şeyx Müfidin bu qısahəcmli risaləsində mövzu ilə əlaqədar dolğun cavablar yer almışdır. Bununla belə, kitabın mühəqqiqi Malik əl-Mahmudi və tərcüməçisi İdris Hüseynzadə lazımi yerlərdə mühüm qeydlər etməklə kitabın daha da zənginləşməsində pay sahibi olmuşlar.

     

    Mühüm qeyd: saytın yükləmə linki bəzən həddən artıq yüklənmə səbəbindən işləməyə bilir. Ona görə əlavə olaraq 2 ədəd yükləmə keçidi qoyulub. Onlardan da istifadə edə bilərsiniz.

    Sələfilik və cahiliyyət dövrünə qayıdış

    İslam mütəfəkkirlərindən bir çoxu ifratçı vəhhabilərin (sələfilərin) etiqadi, əxlaqi və əməli baxımdan hərəkətlərini bir cəhətdən ərəblərin cahiliyyət dövrünə qayıdış kimi qiymətləndirirlər. Çünki bu ifratçılar o dövrün bir çox xüsusiyyətlərinə malikdirlər. Bu barədə olan alimlərin gətirdikləri dəlilləri oxucuların nəzərinə çatdırır və bu barədə insaflı mühakiməni əziz oxucuların öz öhdəsinə buraxırıq.

    DİQQƏT! ƏSAS YÜKLƏMƏ KEÇİDİ İŞLƏMƏSƏ, 2 ƏLAVƏ YÜKLƏMƏ KEÇİDİNDƏN İSTİFADƏ EDƏ BİLƏRSİNİZ.

  • İmam Hüseynə (ə) əza saxlamaq bidətdirmi?

    Tarix boyu  daim sələfilər (yəni, vəhhabilər) tərəfindən İmam Hüseynin (ə) qiyamının və o Həzrətə (ə) əza saxlamağın əleyhinə şübhələr ortaya atılmışdır. Onlardan biri də azadlıqsevərlərin sərvəri olan İmam Hüseynə (ə) əza saxlamağın bidət hesab olunmasıdır.

    «Kəşfül-Həqayiq» Bakuvi, Quran Təfsiri (3 cild)

    Quran elmləri arasında təfsir, ən geniş sahədir. İlahi kəlamın izah və açıqlanması Həzrət Peyğəmbərdən (s.ə.a) başlayaraq bu günə qədər davam etmişdir. Bu məqsədlə Quran tarixinə külli miqdarda ədəbiyyat daxil olmuşdur. Təbii olaraq, yazılan bu təfsirlərin əksəriyyəti ərəb dilində, bir qismi isə osmanlıca və fars dilində yazılmışdı.

  • Şübhələrə cavablar - Seyyid Rza Hüseyninəsəb

    Həcc mövsümündə bir tərəfdən İran İslam İnqilabı ilə tanışlığı olan, digər tərəfdən isə beynləri düşmənlərin zəhərli əks təbliğatları nəticəsində xarab olan bə`zi ziyarətçilər iranlı hacılarla görüşdükləri zaman müəyyən suallar irəli çəkərək cavablarını almışlar. Bu ehtiyacları tə`min etmək üçün əksər hallarda dini və mədəni yönə malik olan sualların böyük qismini hörmətli mühəqqiq Seyyid Rza Hüseyninəsəb bir yerə yığmış və mənim nəzarətim altında tənzim edərək çapa hazırlamışdır. Cavab məqamında ixtisara riayət olunsun deyə zəruri miqdarla kifayətlənmiş və əlavə izahatlar digər məqamlara həvalə edilmişdir.

    Vəhabi firqəsi - Seyyid Məhəmməd Həsən Qəzvini

    Mə’lum olduğu kimi, Mühəmməd ibn Əbdülvəhhab hicrətin 12-ci yüzilliyində Nəcdin uzaq səhrasında, çöllüklərdə yaşayan sərt camaat arasında və müsəlmanlıq adət-ən’ənəsindən uzaq bir mühitdə dünyaya gəlmişdir. O da İbn Teymiyyə kimi Hənbəli məzhəbinin ardıcılı və “Həşv” əhli idi. İbn Teymiyyənin və onun şagirdləri İbn Təyyim Cövziyyənin, İbn Əbdülhadinin əqidə tə’limlərini öyrənmiş, bu yolda onları da ötüb keçmişdi. Belə ki, hətta bütün müsəlmanları kafir adlandırmış, müsəlman şəhər və ölkələri, o zaman vəhabilərin əlində olmayan Məkkə və Mədinəni “Darul-hərb” və “Darul-küfr” e’lan etmişdi. O, müqəddəs şəhərlərin işğalını və bütün islami dəyərlərin dağıdılmasını  öz ardıcıllarına vacib sayırdı.

  • Quran təhrif olunmayıb - Şeyx Muhəmməd Cavad Lənkərani

    Biz bu yazımızda təhriflə bağlı bütün məsələləri təfərrüatı ilə, geniş şəkildə araşdırmaq əzmində deyilik. Çünki bu tədqiq yalnız cildlərlə kitaba sığa bilər. Burada qarşıya qoyduğumuz məqsəd, təhrif məsələsini aydınlaşdırmaq üçün bir neçə mühüm məqamı qısa şəkildə araşdırmaqdır.

    Saxta hədislərin yaranması - Seyyid Şərafuddin

    Qarşınızdakı kitab Peyğəmbər (s)-in səhabələrindən olub, o həzrətdən hədis nəql etməkdə ifrata varmış bir şəxs barəsindədir. Sünnü məzhəbinin istinad etdiyi “Səhiheyn” (iki səhih – ”Səhihi-Buxari” və “Səhihi-Müslüm”) və “Müsnəd” kitablarının müəllifləri ondan çox saylı hədis nəql etmişlər.

    Biz qeyd olunan hədislər barəsində geniş və ətraflı təhqiqat və araşdırma aparmaq fikrində deyilik. Sadəcə olaraq bu işin kökünü və mənşəyini araşdırmaq istəyirik. Bunun da səbəbi həmin hədislərin birbaşa bizim dini və əqli həyatımızla bağlı olmasıdır. Əgər bu hədəf olmasaydı, o işi başqalarına həvalə edər və onlara baxmağın ağırlığına tab gətirə bilməzdik.

  • Şiəlik necə yaranmışdır?

    Şiəlik, başqa sözlə şiə adlı ideoloji və əqidəti bir məktəbin yaranma tarixi həm keçmişdə, həm də müasir dövrdə tədqiqatçı alimlərin diqqət mərkəzində olan məsələlərdəndir. Onlardan hər biri bu məsələ barəsində müəyyən cəhətdən araşdırmalar aparmış və müxtəlif mühakimələr yürütmüşlər. Bəlkə də elm tarixində çox az məsələ tapmaq olar ki, ona bu şəkildə qərəzçilik mövqeyindən yanaşılsın, son dərəcə əsassız fikirlər və mülahizələr söylənilməklə tədqiqatçılıq üslubuna xəyanət edilsin.

    Nümunəvi qadın - Zeynəb (ə)

    Cavan həyatı müstəqil fikir və başqalarını yamsılama ilə keçir, bə`zi məsələlərdə öz ağlına müraciət edib, onun nurundan bəhrələnir, çox vaxt isə, başqalarının yol və üsulundan istifadə edir. Özü də bu istifadənin xeyir və şərinə varmayıb, onların rəftarlarının doğruluğunu ağıl me`yarı ilə ölçmədən. Ehtimal olunur ki, fikir və təqlidin bu qarışığı və çəkişməsi, insan həyatının cavanlıq dövrünün labud xüsusiyyətidir və şəxsiyyətin hələ tamamlanmadığını, müxtəlif cazibələrin, onun vücud əqrəbini ağıl və hissiyyat arasında sərgərdan qoyduğunu göstərir.

  • Namaz

    Sual olunur: həqiqətən xalqın əksəriyyəti namazın əhəmiyyətini dərk etmir və ona görə də onun qədrini bilmir. Bə᾽zi şəxslər doğrudan da namaz haqqında çox az mə᾽lumat əldə ediblər, amma elə insanlar da vardır ki, bu haqda kifayət qədər mə᾽lumatlı olduğu halda haqqa boyun əymək istəmir, tənbəllik və səhlənkarlıq uсbatından mehriban Rəbbimizə ibadət etməkdən yayınır. Nə üçün?

    Mə’sum imamların həyatına bir baxış

    Allaha və qiyamət gününə ümidvar olanlara, Allahı çox yad edənlərə və Onu qəbul edən bütün müsəlmanlara, Həzrət Peyğəmbəri (s) İslam cəmiyyətinin rəhbəri kimi qəbul edənlərə və İmamları onun haqq canişini sayanlara vacibdir ki, onların buyurduqları kəlamlara və gördükləri işlərə tabe olsunlar. Belə olsalar, şübhəsiz ki, hər növ azğınlıq və fəlakətdən qurtararlar. Amma başqalarına tabe olsalar, insani dəyərlərlə uyğun gəlməyən səhv düşüncələrə qapılsalar, təbiidir ki, İslamdan xaric olarlar və bu müqəddəs din onların həyatında müsbət dönüş yaratmaz və onları ictimai bəlalar burulğanından xilas edə bilməz.

Страница 2 из 3«123»