Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabının tərcüməsi
Bəzi islam məzhəbləri nəzərində Abdullah ibn Səbə şəxsiyyəti nəinki Osmanın zamanında baş vermiş “fitnə” hadisələrində iştirak etmiş bir yəhudidən ibarətdir, eyni zamanda o, digər tarixi şəxsiyyətlərin sahib olmadıqları böyük bir əhəmiyyətə sahib olan bir kəsdir. Məhz bu səbəbdən istər şiə, istərsə də sünni müəllifləri tərəfindən bu şəxsiyyətlə bağlı inkar və təsdiq məzmunlu müxtəlif kitablar yazılmışdır.
Abdullah ibn Səbə şəxsiyyətinin aktuallığı onun Osmanın zamanında baş verən fitnələrin səbəbkarı, Osmanın qətlə yetirilməsinə gətirib çıxaran hadisələrin əsas təhrikçisi və bu hadisələrdən sonra baş vermiş minlərlə insanın həyatını itirdiyi qanlı müharibələrin mənşəyi olması iddiası ilə əlaqələnir. Bununla yanaşı, şiə düşmənləri şiə məzhəbinin əsl qurucusunun, rəcət, Əli ibn Əbu Talibin canişinliyi və s. kimi şiəliyin mühüm etiqadlarının məhz yəhudi Abdullah ibn Səbə tərəfindən icad edildiyini etmiş, bununla da mövzu daha fərqli əhəmiyyət kəsb etmişdir.
İslamın düşüncə tarixi tənəzzül və tərəqqiyə məruz qalmış, müxtəlif dəyişiklik və nəticələrlə əhatələnmişdir. Bu çox dəyişkən tarixdə müxtəlif düşüncə və əsaslara söykənən firqə və məzhəblər üzə çıxmışdır. Onların bəzisi unudulmuş, bəzisi isə müxtəlif dəyişikliklə İslam cəmiyyətində öz rolunu oynamışdır. Lakin bu arada qeyd etmək lazımdır ki, tarixin bu keşməkeşində meydana çıxan vəhhabi firqəsi tamam başqa axarda cərəyan edir. Buna görə də vəhhabilik İslam mütəfəkkirləri arasında heç bir güclü əsasa malik olmayan bir firqə kimi tanınır. Bununla belə onlar bəzi müsəlmanlara əsassız və quru ideologiyalarını sırımaqla, özlərini İslam təfəkkür meydanının yeganə sahibləri kimi qəbul etdirmək istəyirlər. Buna görə də, bu firqənin ideologiyasını və müxtəlif düşüncələrini müəyyən etmək üçün, elə bir işdir ki, möhtərəm Ustad Əli Əsğər Rizvani kimi, davamlı səylərlə, bir çox mənbə və qaynaqlardan istifadə etməklə aparılan tədqiqat işləri nəticəsində bu təfəkkürün gizli və aşkar cəhətləri araşdırılmalı və düşüncələri təhlil edilməlidir.
Oxucu qardaşım, qarşındakı bu kitab on iki imam şiələrinin başda Əmirəlmöminin Əli ibn Əbu Talib (əleyhis-səlam) olmaqla ümumən Əhli-Beytin (əleyhimus-səlam) imamətinin isbatına dair əsaslandıqları dəlillər barədə Şeyx Osman əl-Xəmisin “Hiqbətün minət-tarix” (“Tarixdən bir an”) adlı kitabında qeyd etdiyi bir sıra şübhələrə cavabdır. Mən bu kitabda onun bu mətnləri istər sənəd, istərsə də dəlalət baxımından gözdən salmaq cəhdlərinə cavab vermişəm. Müvəffəqiyyət əta etdiyinə görə uca olan Allah həmd olsun. Qeyd: Kitab ümumən 2 cilddən ibarətdir. Hazırda yükləyəcəyiniz PDF fayl 2-ci cilddir.
Oxucu qardaşım, qarşındakı bu kitab on iki imam şiələrinin başda Əmirəlmöminin Əli ibn Əbu Talib (əleyhis-səlam) olmaqla ümumən Əhli-Beytin (əleyhimus-səlam) imamətinin isbatına dair əsaslandıqları dəlillər barədə Şeyx Osman əl-Xəmisin “Hiqbətün minət-tarix” (“Tarixdən bir an”) adlı kitabında qeyd etdiyi bir sıra şübhələrə cavabdır. Mən bu kitabda onun bu mətnləri istər sənəd, istərsə də dəlalət baxımından gözdən salmaq cəhdlərinə cavab vermişəm. Müvəffəqiyyət əta etdiyinə görə uca olan Allah həmd olsun. Qeyd: Kitab ümumən 2 cilddən ibarətdir. Hazırda yükləyəcəyiniz PDF fayl 1-ci cilddir.
Bu kitabı tərcümə etməkdə məqsədimiz insanlara sələfilərin (vəhhabilərin) ən tərifli münazirə və rəddiyyə ustadlarından birinin yalan və böhtanlarını insanlara göstərmək və bu əqidə daşıyıcılarından mümkün qədər ehtiyatlı olmalarını təbliğ etməkdir. Bu kimi şəxslər müsəlmanları azdırıb öz sıralarına daxil etməkdən ötrü hər cür yalan danışmağa və manipulyasiya etməyə hazırdırlar. İhsan İlahi Zahir öz yalanları ilə təəssüf ki, minlərlə şiə və müxtəlif məzhəb nümayəndələrini sələfiliyə dəvət edə bilir. Əlinizdəki kitabda onun saysız-hesabsız yalanları ilə, təhrifləri ilə tanış olacaqsınız. Kitab ümumən 3 cilddən ibarətdir. Hazırda yükləyəcəyiniz PDF fayl isə sonuncu cilddir.
Bu kitabı tərcümə etməkdə məqsədimiz insanlara sələfilərin (vəhhabilərin) ən tərifli münazirə və rəddiyyə ustadlarından birinin yalan və böhtanlarını insanlara göstərmək və bu əqidə daşıyıcılarından mümkün qədər ehtiyatlı olmalarını təbliğ etməkdir. Bu kimi şəxslər müsəlmanları azdırıb öz sıralarına daxil etməkdən ötrü hər cür yalan danışmağa və manipulyasiya etməyə hazırdırlar. İhsan İlahi Zahir öz yalanları ilə təəssüf ki, minlərlə şiə və müxtəlif məzhəb nümayəndələrini sələfiliyə dəvət edə bilir. Əlinizdəki kitabda onun saysız-hesabsız yalanları ilə, təhrifləri ilə tanış olacaqsınız. Kitab 3 cilddən ibarətdir. Hazırda yükləyəcəyiniz isə 2-ci cilddir.
Bu kitabı tərcümə etməkdə məqsədimiz insanlara sələfilərin (vəhhabilərin) ən tərifli münazirə və rəddiyyə ustadlarından birinin yalan və böhtanlarını insanlara göstərmək və bu əqidə daşıyıcılarından mümkün qədər ehtiyatlı olmalarını təbliğ etməkdir. Bu kimi şəxslər müsəlmanları azdırıb öz sıralarına daxil etməkdən ötrü hər cür yalan danışmağa və manipulyasiya etməyə hazırdırlar. İhsan İlahi Zahir öz yalanları ilə təəssüf ki, minlərlə şiə və müxtəlif məzhəb nümayəndələrini sələfiliyə dəvət edə bilir. Əlinizdəki kitabda onun saysız-hesabsız yalanları ilə, təhrifləri ilə tanış olacaqsınız.
Vəhhabilik və Məhəmməd ibn Əbdülvəhhab bərəsində çoxlu elmi və tənqidi əsərlər yazılmışdır. Ancaq onların hamısının həqiqəti əks etdirdiyini demək çətindir. Kitabın müəllifi Şeyx Həsən Səudiyyə Ərəbistanında anadan olmuşdur. Özünün də qeyd etdiyi kimi, dini təhsilini vəhhabilərin arasında almışdır. Bu mühitdə keçirdiyi uzun illər ərzində fikirlərinin vəhhabi ideologiyasına uyğun olmadığı qənaətinə gəlmişdir. Bunun nəticəsi olaraq da, vəhhabiliyə qarşı tənqidi yazılarını qələmə almışdır. Bu əsnada orta yolu təqib etməyə çalışmış, bacardığı qədər ifrat fikirlərdən uzaq durmuş, İslam birliyinə və bərabərliyinə önəm vermişdir. Əsərin Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanacağına ümid edərək, onun tərcüməsinə qərar verdik. (Tərcüməçidən)