İlk qabaqcıllar (Tövbə surəsi, 100 barədə araşdırma)
Qurani-Kərimin Tövbə surəsinin 100-cü ayəsi bir sıra məzhəblərin düşüncəsində səhabələrin məqamı və Allahın onlardan razılığı mövzusunda ən çox müraciət edilən nasslardan biridir. Ənənəvi baxışlarda bu ayəyə əsaslanaraq ilk mühacir və ənsarların mütləq və əbədi şəkildə bağışlandığı iddia edilsə də, təqdim olunan "İlk qabaqcıllar" əsəri həmin iddiaları Quran, Sünnə və tarix müstəvisində tənqidi şəkildə təhlil edir.
Tədqiqat boyunca Allahın razılığının zati deyil, əməllərə bağlı feli sifət olduğu, bəndənin davranışından asılı olaraq dəyişə biləcəyi Quran ayələri və səhih hədislərlə əsaslandırılır. Əsərdə ilk müsəlmanlar arasından mürtəd olanların, döyüşdən qaçanların və hədd cəzası alanların tarixi faktları təqdim edilərək, ilahi razılığın mütləq zəmanət deyil, doğru yolda sabitqədəm olmağa bağlı olduğu göstərilir. Şeyx Müfidin kəlami arqumentləri və səhabələrin öz narahatlıqları da təsdiq edir ki, nicatın yeganə yolu son aqibətin xeyirli olması, Quran və Əhli-beyt (ə) xəttinə sadiq qalmaqdır.
az.313news.net saytı tərəfindən tərcümə olunaraq, hazırlanmış bu elektron nəşr Tövbə surəsinin 100-cü ayəsini birtərəfli yozumlardan azad edərək oxucuya dərindən işlənmiş obyektiv elmi baxış təqdim edir. İnanırıq ki, təqdim olunan kitab həqiqət axtarışında olan hər bir kəs üçün dəyərli bir mənbə olacaqdır.