Sələfilərin baxışında ağıl - Əli Əsğər Rizvani

İslamın düşüncə tarixi tənəzzül və tərəqqiyə məruz qalmış, müxtəlif dəyişiklik və nəticələrlə əhatələnmişdir. Bu çox dəyişkən tarixdə müxtəlif düşüncə və əsaslara söykənən firqə və məzhəblər üzə çıxmışdır. Onların bəzisi unudulmuş, bəzisi isə müxtəlif dəyişikliklə İslam cəmiyyətində öz rolunu oynamışdır. Lakin bu arada qeyd etmək lazımdır ki, tarixin bu keşməkeşində meydana çıxan vəhhabi firqəsi tamam başqa axarda cərəyan edir. Buna görə də vəhhabilik İslam mütəfəkkirləri arasında heç bir güclü əsasa malik olmayan bir firqə kimi tanınır. Bununla belə onlar bəzi müsəlmanlara əsassız və quru ideologiyalarını sırımaqla, özlərini İslam təfəkkür meydanının yeganə sahibləri kimi qəbul etdirmək istəyirlər. Buna görə də, bu firqənin ideologiyasını və müxtəlif düşüncələrini müəyyən etmək üçün, elə bir işdir ki, möhtərəm Ustad Əli Əsğər Rizvani kimi, davamlı səylərlə, bir çox mənbə və qaynaqlardan istifadə etməklə aparılan tədqiqat işləri nəticəsində bu təfəkkürün gizli və aşkar cəhətləri araşdırılmalı və düşüncələri təhlil edilməlidir.

Файл
Детали
  • Просмотров
  • 1866
  • Загрузок
  • 249
  • Тип файла
  • Document Adobe
  • Размер файла
  • 1.66 Mb
Рейтинг

В этом разделе