Bəzi islam məzhəbləri nəzərində Abdullah ibn Səbə şəxsiyyəti nəinki Osmanın zamanında baş vermiş “fitnə” hadisələrində iştirak etmiş bir yəhudidən ibarətdir, eyni zamanda o, digər tarixi şəxsiyyətlərin sahib olmadıqları böyük bir əhəmiyyətə sahib olan bir kəsdir. Məhz bu səbəbdən istər şiə, istərsə də sünni müəllifləri tərəfindən bu şəxsiyyətlə bağlı inkar və təsdiq məzmunlu müxtəlif kitablar yazılmışdır.
Abdullah ibn Səbə şəxsiyyətinin aktuallığı onun Osmanın zamanında baş verən fitnələrin səbəbkarı, Osmanın qətlə yetirilməsinə gətirib çıxaran hadisələrin əsas təhrikçisi və bu hadisələrdən sonra baş vermiş minlərlə insanın həyatını itirdiyi qanlı müharibələrin mənşəyi olması iddiası ilə əlaqələnir. Bununla yanaşı, şiə düşmənləri şiə məzhəbinin əsl qurucusunun, rəcət, Əli ibn Əbu Talibin canişinliyi və s. kimi şiəliyin mühüm etiqadlarının məhz yəhudi Abdullah ibn Səbə tərəfindən icad edildiyini etmiş, bununla da mövzu daha fərqli əhəmiyyət kəsb etmişdir.