»»

Allah-təalanın səkkiz qoç üzərində yerləşən kürsidə oturması hədisi

Sələf əqidələri silsiləsindən (1)

Kitabin adı: Cəhmiyyələrə qarşı rəddiyyə (ər-rəddu ələl-cəhmiyyə)
Müəllif: Osman ibn Səid Darəmi
Nəşriyyat: İbn Əsir nəşriyyat evi (Daru ibn Əsir), Kuveyt

Allah təbarəkə və təalanın ərşə istiva etməsi, səmaya qalxması və məxluqlarından ayrılması babı, səh 50 , hədis 72.

Bizə Muhəmməd ibn Səbbah əl-Bəğdadi nəql edib. Ona isə Vəlid ibn Əbu Sur Simakdan nəql edib. Simak Əbdullah ibn Umeyrədən, ibn Umeyrə Əhnəf ibn Qeysdən, Qeys isə Əbbas ibn Əbdul Muttəlibdən (r.ə.) nəql edib. Əbbas ibn Əbdul Muttəlib (r.ə.) dedi: .... Bir gün Peyğəmbər (s) səhabələrdən soruşdu: "Yerlə göy arasında məsafə nə qədərdir?!" Səhabələr: "Bilmirik!"-deyə cavab verdilər. Peyğəmbər (s) dedi: "Yerlə göy arasındakı məsafə ya bir, ya iki, ya da 73 il qədərdir1. Yeddinci səmaya çatana qədər səmalar arasındakı məsafə də eyni ilə bu cürdür. Yeddinci səmanın üzərində dərinliyi iki səma arasındakı məsafə qədər olan bir dəniz var. Onun üzərində isə səkkiz ədəd qoç var. Həmin qoçların dırnaqları ilə dizləri arasındakı məsafə iki səma arasındakı məsafə qədərdir. Ərş onların belindədir. Ərşin ən aşağı yeri ilə ən yuxarı yeri arasındakı məsafə də iki səma arasında olan məsafə qədərdir. Sonra isə Allah (c.c.) təbarəkə və təala bu ərşin üzərindədir."

[1] Tərcümə belə də ola bilər: ya 71, ya 72, ya 73 il.


Bu kitabın "Sələfiyyə nəşriyyat evi" tərəfindən çap edilmiş nüsxəsindən müəllif və həmin hədis haqqında bəzi qeydlər:

Kitabın 12-ci səhifəsində əhli sünnə alimlərinin müəllif İmam Osman Darəmi haqqında fikirləri.

Əbul Fəzl Carudi: "Elə bir İmam idi ki, həm həyatında həm də ölümündən sonra ona iqtida (tabe) olunur."
Əbul Fəzl Yəqub : "Nə biz Osman ibn Səid kimisini gördük, nə də o özü kimisini."
Zəhəbi: "Hafiz və höccət (sözü qəbul edilən) İmamdır. Özünü sünnəyə həsr edib. Münazirələrdə (bəhslərdə) bəsirətli olub."
Subki: "Çox güclü hədis deyən və siqə alimlərdən biri."


İndi isə yuxarıda qeyd olunmuş hədis haqqında "sələfiyyə nəşriyyat evinin" çap etdiyi nüsxədən bəzi qeydlər. Onu da nəzərinizə çatdıraq ki, bu qeydlər İmam Darəmiyə aid deyil, yəni qeydlərin müəllifi o deyil.


Qeyd 19: Bu hədisi Əbdulbirr "təmhid" kitabında (145: 7) "Musənnəf" kitabının müəllifinin qeyd etdiyi yolla nəql edib. Təyalusi (2292), Əhməd (207-206:1), Əbu Davud (4723) öz kitablarında nəql ediblər. Tirmizi (3320) də bunu qeyd edib və hədisi həsən sayıb. Həmçinin İbn Macə (193), İbn Xuzeymə (103-102 səh) və Əcri (292-293 səh) bu hədisi nəql etmişlər. Hakim də bunu nəql etmiş (412, 378, 287 : 2) və hədisi səhih saymışdır. Həmçinin Beyhəqi də Əsma kitabında (417-399) və Bəğəvi öz təfsirində (120:7) nəql etmişlər.

_________________________
Hakimin rəyinə nisbətdə Zəhəbinin rəyi anlaşılmazdır. Bir dəfə onun rəyi ilə müvafiqdir, bir dəfə isə muxalif. Düzgün olanı budur ki, hədisin isnadi zəifdir. Çünki ravi zəncirində ibn Ümeyrə var. Zəhəbi isə onun haqqında deyib: Onda (Ibn Ümeyrədə) cəhalət var. (məchul ravidir (o insan haqda məlumat yoxdur)) Həmçinin Mizan kitabında da bu qeyd olunub (2:469)

Рейтинг

В этом разделе