»»

Şiə mənbələrində "Uçan fil" hədisi (kiçik araşdırma)

Vəhhabilər şiələrə irad tutaraq yazırlar:

Cabir ibn Yəzid əl-Cəfi rəvayət edir:

"Mən imam əl-Baqirin (ə.s) gildən fil hazırladığını gördüm və o, onun üzərində oturaraq Məkkəyə uçdu və yenidən geriyə qayıtdı. Mən onun bu sözünə inanmadım və əl-Baqirlə rastlaşanda soruşdum: "Cabir mənə sənin haqqında belə dedi.... O bunu eşitcək məni öz filində otuzdurub Məkkəyə uçduq və geriyə qayıtdıq".

Mənbə: Mədinət əl-Məəcz

 

"Mütərcimə" qısa sözümüz:

Bu hədisi ərəbcədən tərcümə edən kəs, görünür ki, ümumiyyətlə elm əhlindən deyil. "Birtəhər" tərcüməsindən göründüyü kimi, sözlərin "müfrəd" və "cəm"-inin seçə bilməyən, "bab"-lardan xəbəri olmayan, həmçinin adi "izafə"-nin nə olduğunu bilməyən bu cür kəslərin Əhli-beyt (ə) məktəbinə irad tutmaları gülünc bir haldır. Keçək hədisə...

Hədisin araşdırılması:

Mədinətul-Məaciz" kitabı Ayətullah Seyyid Haşim Bəhrani tərəfindən qələmə alınıb. Kitab hədislər toplusudur. Müəllif məsum imamların (ə) möcüzələrinə dair, müxtəlif kitablarda gələn bir çox rəvayətləri toplayıb, mütaliə əhlinin hüzuruna gələcək araşdırmalar üçün qoymuşdur.

Seyyid Haşim Bəhrani bu hədisi Təbərinin "Dəlailul-İmamət" (s. 220) kitabından nəql etmişdir və hədisin sənədi bu vasitəylə ələ gəlmişdir:

قال أبو جعفر: و حدثنا أحمد بن منصور الرمادي ، قال : حدثنا شاذان بن عمر ، قال : حدثنا مرة بن قبيصة بن عبد الحميد ، قال : قال لي : جابر بن يزيد الجعف

1. Əhməd b. Mənsur Rəmadi (Ziyadi):

Hədisin sənədində göründüyü kimi Əhməd b. Mənsur Rəmadi mövcuddur ki, onun imamiyyə-şiəsi və bizim yanımızda dolğun bir ravi olması isbatlanmamışdır.

"Mədinətul-Məaciz" (5/10) kimi, digər mənbələrdə bu ravi Əhməd b. Mənsur Ziyadi kimi də gəlmişdir. Bu ravi İbn Kəsirin "Təfsir"-ində də (6/17) Əhməd b. Mənsur Ziyadi kimi gəlmişdir:

و قال ابن أبي حاتم: حدثنا أحمد بن منصور الزيادي

Bu ravi Əhli-Sünnənin çox mühəddisləri tərəfindən dolğun ravilərdən sayılmışdır ki, şiəliyə heç bir aidiyyatı yoxdur. Uzun sözün qisası, hədis, Əhli-beyt (ə) məktəbində dürüstlüyü isbatlanmayan, Əhli-Sünnənin dolğun bildiyi bir ravidən nəql olunub.

Digər ravilərin halı barədə isə ümumiyyətlə danışmağ gərəksizdir, çünki digər iki ravi ümumiyyətlə məchul ravilərdəndir.

2. Şazan b. Ömər:

Məchul.

3. İbn Əbdul-Həmid:

Məchul.

Bu cür sənədi hər baxımdan zəif olan hədisi Əhli-beyt (ə) ardıcılarına irad kimi gətirmək nə dərəcədə düzgündür? Üstəlik, əgər imamların (ə) hər hansısa birində bu cür kəramət həqiqətən görsənsəydi, bunun kəlami baxımdan nə işkalı vardı? Allah öz peyğəmbərləri (ə), imamları (ə) və övliyalarına bundan daha artıq kəramət bəxş etmişdir ki, bunu Qurani Kərim də isbatlayır. Məgər İsa (ə), Allahın izniylə, gildən quş düzəlmədimi? Məgər Musa (ə) öz əsasın, Allahın izniylə, canlı əjdahaya çevirmədimi? İslamda məsumların, övliyaların möcüzə göstərməsi nə vaxtdan tənqid atəşinə tutulub? Sözsüz ki, bu cür yersiz və cılız iradlar yalnız vəhhabilər tərəfindən tutula bilər.

Əlhəmdulillah!

Рейтинг

В этом разделе