»»

“Doğru yol və yanlış yol” proqramı - 3-cü veriliş: Müsəlmanların sələfilər (vəhhabilər) tərəfindən təkfir olunması (2-ci hissə)

Hörmətli oxucular, aşağıdakı yazı bu videonun (izləmək və ya yükləmək üçün tıqlayın) nisbətən xülasələşdirilmiş tərcüməsidir.

Aparıcı: Bağışlayan və Mehriban Allahın adı ilə. Salam və salavat olsun peyğəmbərlərin sonuncusu Muhəmməd əl-Mustafaya (s) və onun pak Əhli-beytinə (ə). Allahın salamı və rəhməti sizə - Vilayət kanalını əziz izləyicilərinə olsun. “Yol və yolsuzluq” proqramı ilə yenə də sizin görüşünüzə gəlməyimizə görə çox məmnunuq. Bu proqram bir neçə həftədir ki, sizə təqdim olunur. İnşallah bu həftə də yeni mətləblərlə qarşınızdayıq. Keçmiş həftələrin adəti üzrə Ustad Yəzdaninin xidmətindəyik, onu salamlayırıq. Salam əleykum.

Ustad Yəzdani: Salam əleykum və rəhmətullah. Xütbədən sonra. Mən də sizi və “Vilayət” kanalının bütün izləyicilərini salamlayıram. Bu gecə də biz yenə vəhhabilərin cinayətlərini, onların batil əqidələrini, onların əhli-sünnə ilə düşmənçiliklərini, əks etdirən dəlilləri göstərəcəyik ki, müsəlmanlar və digər millətlər onların həqiqi üzlərini tanısınlar.

Aparıcı: Biz bir neçə həftədir ki “Yol və yolsuzluq” proqramına başlamışıq. Bu proqramda vəhhabilik mövzusu inkişaf etmiş şəkildə davam etməkdədir. Əgər izləyicilərimiz keçmiş həftələrdə də proqrama baxıblarsa, mövzumuz vəhhabilər tərəfindən əhli-sünnə alimlərinin təkfir olunması mövzusu idi. Biz Ustad Yəzdanidən xahiş edirik ki, keçmiş mövzunun xülasəsini əziz tamaşaçılara təqdim etsin.

Ustad Yəzdani: Bu proqramda bizim hədəfimiz əhli-sünnə ilə vəhhabiliyin fərqini isbat etməkdir. Birinci fərq budur ki, vəhhabilər bütün əhli-sünnəni – istər Hənəfi olsun, istər Maliki olsun, istər Hənbəli olsun, istərsə də Şafei – kafir hesab edirlər və bu səbəblə də tarix boyu əhli-sünnəni öldürüblər.

Biz Məhəmməd ibn Əbdül-Vəhhabın və digər vəhhabilərin kitablarından onların fətvalarını nəql etdik. Fətvalarda bütün əhli-sünnənin kafir olduğu deyilirdi. Açıq-aşkar deyirlər ki, təvəssül edən hər kəs – istər sünni, istərsə də şiə olsun – fərqi yoxdur, hamısı kafirdir və öldürülməlidir. Onlar tarix boyu belə ediblər.

İkinci mövzu Təbliğ Camaatının təkfir edilməsi idi. Bu barədə bir çox mənbə və sənədlər nümayiş etdirdik. Əlbəttə keçən həftə boyu bir çox insan mənimlə təmas qurub dedi ki, Təbliğ Camaatının əleyhinə olan mətləbləri bir daha təkrar edim. Çünki İranda, Əfqanıstanda, Pakistan və Hindistanda, hətta İraq və Misirdə də Təbliğ Camaatı əhli-sünnənin əsas dayağını təşkil edir.

Bunlar evbəev, təkbətək, camaatdan heç nə ummadan öz təbliğlərini edirlər. Onların vəhhabilər tərəfindən təkfir edilmələri bəlkə də təvəssül və şəfaət kimi bəzi əqidələrinə görədir. Başqa mənbələr də var, əgər istəsəniz, göstərə bilərik.

Aparıcı: Keçən həftəki mövzuya diqqət etsək, görərik ki, vəhhabilər əhli-sünnənin təbliğçilərinin əsas hissəsi olan Təbliğ Camaatını təkfir edirlər. Bir əzizimiz də bizimlə telefon bağlantısı ilə əlaqə saxlayıb səhvən bizim Təbliğ Camaatını kafir hesab etməyimizi deyirdi. Həftə boyu bizimlə əlaqə yaradan izləyicilər narahatçılıqları ucbatından bu bəhsi daha çox müzakirə etməyimizi istəyirdilər.

Vilayət kanalında indiyədək vəhhabilərin Təbliğ Camaatını təkfir etmələri barəsində olan mövzular ortaya qoyulmamışdı. Ustad, bundan əvvəlki proqramda bir sıra mənbələr təqdim etmişdiniz. Əgər yeni mənbələr varsa, zəhmət olmasa, onları da açıqlayın.

Ustad Yəzdani: Bu barədə deyiləsi mətləblər çoxdur. Bunlarda ikisini göstərə bilərik.

Birinci mətləb: "Məcmu fətava və məqalat mutənəvviə" kitabı, müəllifi İbn Bazdır. Riyadda, Dar əl-Qasim nəşriyyatında çap olunmuşdur. Bu kitabı doktor Məhəmməd ibn Səd əş-Şuveyir toplamış və İbn Bazın çıxışlarını kitab halına salmışdır. 8-ci cild, səhifə 331-də deyir:

Cənab M. E. Amerikadan sual verir: Mən Pakistan və Hindistanda olan Təbliğ Camaatı ilə getdim və bir məsciddə toplaşdıq. Məscidlərdə qəbir var idi və biz orada namaz qıldıq... Sizin Təbliğ Camaatı haqqında və onlarla birgə təbliğə getmək haqqında fikriniz nədir?

ج : جماعة التبلیغ لیس عندهم بصیرة فی مسائل العقیدة فلا یجوز الخروج معهم إلا لمن لديه علم وبصيرة بالعقيدة الصحيحة التي عليها أهل السنة والجماعة.

Cavab: Təbliğ Camaatının əqidə məsələlərində bəsirətləri yoxdur. Onlarla birgə təbliğə getmək caiz deyildir. Yalnız əhli-sünnənin etiqad etdiyi səhih əqidəyə elmi və bəsirəti olan şəxslər onlarla təbliğə gedə bilərlər.

Yəni, Təbliğ Camaatı əhli-sünnədən deyillər. Çünki əhli-sünnə vəl-cəmaənin əqidəsində deyillər. Yalnız əhli-sünnə vəl-cəmaətin düzgün əqidəsinə sahib olan şəxslər bunlarla yola çıxa bilərlər ki, onları hidayət etsinlər. Bu İbn Bazın Təbliğ Camaatı barəsində olan nəzəri idi.

İkinci mətləb: Məşhur qəzet olan Riyad qəzetində Təbliğ Camaatı barəsində geniş bir mövzu getmişdir. Bu qəzetdə Əli ibn Yəhya əl-Həddadi bir məqalə yazmışdır. Məqalədə deyir ki, Təbliğ Camaatı İslamın vəhdətini təhdid edən bir xətərli cərəyandır. Onların kafir olması barəsində dəlillər də gətirmişdir.

جماعة التبلیغ لا تقوم علی منهج کتاب الله و سنة رسوله علیه السلام و ما کان علیه سلفنا الصالح ، و إذا کان الأمر کذلك ؛ فلا یجوز الخروج معهم

Təbliğ Camaatı Allahın kitabı, Allah Rəsulunun (s) sünnəsi və bizim saleh sələflərimizin yolunu getmirlər. Belə olan halda onlarlar birgə təbliğə getmək olmaz.

Bunlar əhli-sünnənin nəql etdiyi fətvalardır. Məsələn, “Əd-Daimə lil-ifta” ofisinin rəhbərinin nümayəndəsi Şeyx Əbdür-Rəzzaq Əfifi deyir:

الواقع أنهم مبتدعة محرفون وأصحاب طرق قادرية وغيرهم, وخروجهم ليس في سبيل الله ولكنه في سبيل إلياس – أحد قادة الجماعة.

Həqiqət budur ki, onlar bidətçi və təhrifçidirlər, qadiriyyə və s. kimi təriqətlərin üzvləridirlər. Onların təbliğ üçün getmələri Allah yolunda deyil, İlyasa yolundadır – o Təbliğ Camaatının rəhbərlərindən biridir.

Biz gərək İranın cənubu və şərqində, Əfqanıstanda və Pakistanda olan Təbliğ Camaatından soruşaq ki, siz Allah üçün yola çıxdınız ya İlyas üçün? Vəhhabilər deyir ki, siz Allaha görə yola çıxmamısız, məqsədiniz İlyası təbliğ etməkdir. Siz camaatı Qurana və sünnəyə dəvət etmirsiz.

Sonra o, Əsimeynin, Şeyx Həmud Ət-Tuveycirinin və Şeyx Əbdül-Qadir Əl-Arnautun dediklərini gətirir. Bu məqalə çox maraqlıdır. Çünki məqalə müəllifi Təbliğ Camaatı barəsində vəhhabilərin böyük alimlərinin nəzərlərini qeyd etmişdir. Onların hamısı Təbliğ Camaatını açıq-aydın təkfir etmişlər. Halbuki Təbliğ Camaatı əhli-sünnənin yayılmasında əsas rükn hesab olunurlar. Biz bu barədə keçən həftə də danışdıq.

Aparıcı: Ümid edirəm ki, bu həftə ərzində bizimlə əlaqə saxlayan Təbliğ Camaatı bu məsələlərə diqqət edər. Keçən həftə bir sıra mənbələr təqdim olundu, bu həftə də yeni mənbələrlə Ustad Yəzdani həm onların kitablarından, həm də qəzetdə yazılmış vəhhabi alimlərinin rəyləri ilə bizi tanış etdi. Bu deyilən mətləblər əzizlərimizin vəhhabi görüşləri ilə tanış olmasına mütləq kömək edəcək.

Lakin bizim başladığmız mövzu vəhhabilərin əhli-sünnə alimlərini təkfir etməsi haqqındadır. Bu gecə Ustad Yəzdanidən istəyəcəyik ki, bu barədə vəhhabilərin digər mənbələri barəsində də bizə məlumat versin. Bununla da, həm əhli-sünnə, həm də şiələr üçün vəhhabilərin əhli-sünnə ilə nə dərəcədə düşmənçilik etmələri sabit olsun.

Ustad Yəzdani: Bu barədə mənbələr çoxdur. Bəlkə də biz müfəssəl şəkildə onları izah edə bilməyəcəyik. Lakin zamanın bizə icazə verdiyi təqdirdə, biz açıqlamalarımıza davam edəcəyik. Lakin ən mühüm məsələləri sizə təqdim etmək istəyirəm:

Vəhhabilərin mühüm kitablarından olan "Əd-Durər əs-səniyyə fi əl-əcvibə ən-nəcdiyyə" kitabının müqəddiməsinə böyük vəhhabi alimləri şərhlər yazıblar və bu kitabı çox tərifləyiblər. Bu kitabda Məhəmməd ibn Əbdül-Vəhhabın zamanından indiyədək onların alimlərinə verilən sual-cavablar toplanmışdır.

Bu kitabın 1-ci cildində "Əqaid kitabı"nda yazılmışdır ki, Məhəmməd ibn Əbdül-Vəhhab və tabeçiləri Məkkə və Mədinəni işğal edən zaman bir nizamnamə yazdılar, əhli-sünnə alimləri də onu imzaladılar. Bu nizamnamə kitabın 314-cü səhifəsində gəlmişdir:

نشهد – و نحن علماء مكة ، الواضعون خطوطنا ، و أختامنا فی هذا الرقیم – أن هذا الدین ، الذی قام به الشیخ : محمد بن عبد الوهاب ، رحمه الله تعالی ، و دعا إلیه امام المسلمین : سعود بن عبد العزیز ، من توحید الله ، و نفی الشرك ، الذی ذکره فی هذا الكتاب ، أنه هو الحق ، الذی لا شك فیه و لا ریب ؛ وأن ما وقع فی مكة و المدینة ، سابقا ، و مصر والشام وغیرهما من البلاد ، الی الآن من أنواع الشرك ، المذکورة فی هذا الكتاب ، وأنه : الکفر ، المبیح للدم ، والمال والموجب للدخول فی النار.

Bu yazıya xəttini və imzasını qoyan biz Məkkə alimləri şəhadət veririk ki, Şeyx Muhəmməd ibn Əbdül-Vəhhabın gətirdiyi və müsəlmanların imamı Suud ibn Əbdül-Əzizin də dəvət etdiyi Allahın tövhidini və şirkin inkarını təbliğ edən bu din, barəsində şəkk və şübhə olmayan haqq dindir. Və şəhadət veririk ki, əvvəllər Məkkə və Mədinədə baş verən işlər, eləcədə, indiyədək Misirdə, Şamda və sair ölkələrdə baş verən işlər bu kitabda qeyd olunan şirk növlərindəndir. Şəhadət veririk ki, bu işlər insanın qanını və malını mübah edən və insanın Cəhənnəmə daxil olmasına səbəb olan küfrdür.

ومن لم یدخل فی هذا الدین ، ویعمل به ، ویوالي أهله و یعادي أعداء ه ، فهو عندنا کافر بالله و الیوم الاخر و واجب علی إمام المسلمین ، والمسلمین جهاده و قتاله ، حتی یتوب إلی الله مما هو علیه ، ویعمل بهذا الدین

Bu dinə daxil olmayan, ona əməl etməyən, bu dində olanlarla dostluq etməyən, düşmənləri ilə də düşmənçilik etməyən kəs bizim nəzərimizdə Allahı və qiyamət gününü inkar edən kafirdir. Müsəlmanların rəhbərinə və müsəlmanlara tövbə edənədək və bu dinə əməl edənədək bu şəxslərlə cihad edib onlarla döyüşmələri vacibdir.

Mətləbin xülasəsi budur ki, Məkkə alimlərinin hamısı şəhadət verir ki, biz bundan əvvəl hamımız kafir və müşrik olmuşuq. Belə ki, malımız və canımız halal olub. Əgər bu vəziyyətdə ölsəydik, cəhənnəmə gedəcəkdik. Məkkə və Mədinənin işğalından sonra yazılmış nizamnaməyə imza atıldı. Bu məsələ də əhəmiyyətlidir ki, onların bu işi vəhhabilərdən xilas olmaq üçün idi. Bu nizamnaməni kimlər imzaladı?

أشهد بذلك ، وکتبه الفقیر إلی الله تعالی : عبد الملك بن عبد المنعم ، القلعي ، الحنفي ، مفتي مكة المكرمة عفی عنه ، و غفر له.

Allaha möhtac olan bəndə mən Məkkənin müftisi Əbdül-Məlik ibn Əbdül-Munim əl-Qəli əl-Hənəfi buna şəhadət verirəm (Allah onu əfv etsin və bağışlasın).

Bayaq dediyimiz kimi vəhhabilər Məkkəyə gəlməzdən öncə hər məzhəbin özünün fətva şöbəsi var idi. Məkkədə Hənəfilərin ən böyük müftisi Allah evində xüsusi otaqda oturar və oradan fətva verərdi. Lakin vəhhabilər gələndən sonra bu iş qadağan edildi. Hənəfilərin bu müftisi şəhadət verir ki, mən bundan əvvəl kafir idim, təzə dini qəbul etməliyəm, əgər qəbul etməsəm, öldürülməliyəm.

أشهد لذلك ، وأنا الفقیر إلی الله سبحانه : محمد بن صالح بن ابراهیم ، مفتي الشافعية بالمكة، تاب الله علیه.

Allaha möhtac olan bəndə mən Məkkə şafeilərinin müftisi Məhəmməd ibn Salih ibn İbrahim buna şəhadət verirəm (Allah tövbəsini qəbul etsin).

أشهد بذلك ، و أنا الفقیر إلی الله تعالی : محمد بن محمد عربي ، البناني ، مفتی المالكية بالمکة المشرفة ، عفی الله عنه وأصلح شأنه.

Allaha möhtac olan bəndə mən Məkkə malikilərinin müftisi Məhəmməd ibn Məhəmməd Ərəbi əl-Bənnani buna şəhadət verirəm (Allah onu əfv etsin və işlərini islah etsin).

أشهد بذلك ، وأنا الفقیر إلی الله تعالی : محمد بن أحمد المالکي ، عفی الله عنه.

Allaha möhtac olan bəndə mən Məhəmməd ibn Əhməd əl-Maliki buna şəhadət verirəm (Allah onu əfv etsin).

أشهد بذلك ، وأنا الفقیر إلی الله تعالی : محمد بن یحیی ، مفتي الحنابلة بمكة المكرمة ، عفی الله عنه أمین.

Allaha möhtac olan bəndə mən Məkkə hənbəlilərinin müftisi Məhəmməd ibn Yəhya buna şəhadət verirəm (Allah onu əfv etsin, amin).

Bunlar Məkkənin bir qrup alimi bundan əvvəl kafir və müşrik olduqlarına, malları və canlarının halal olmasına, Məhəmməd ibn Əbdül-Vəhhabın gətirdiyi dinin haqq olmasına və bu dinə əməl olunmağın vacib olmasına şəhadət verdilər. Onlar bu nizamnaməni təkcə Məkkədə yox, bütün şəhərlərdə imzalatdırdılar. Bu nizamnamə vəhhabilərin vasitəsi ilə yazılmışdır və hər şəhərin alimləri bunu imzaladılar.

Növbəti səhifədə Mədinə alimləri şəhadət verirlər.

ونحن : علماء المدینة المنورة ، وندین الله به ، ونسأله تعالی الموت علیه.

Biz Mədinə alimləri bu dinin vasitəsi ilə Allaha iman gətirir və Allahdan bu dində ölməyimizi istəyirik.

Məkkə alimləri necə imzaladılarsa, eyni ilə Mədinə alimləri də elə imzaladılar.

نشهد بهذا الذی قام به الشیخ : محمد بن عبد الوهاب ، رحمه الله ، و دعانا إلیه إمام المسلمین : سعود بن عبد العزیز ، من توحید الله عزوجل ، ونفی الشرك ، هو الدین الحق ، الذی لا شك فیه ، ولا ریب ، وأن ما وقع في : مكة و المدینة سابقا ، والشام ، و مصر و غیرها ، من البلدان إلی الآن ، من أنواع الشرك المذکورة ، فی هذا الكتاب ، أنها : الكفر المبیح للدم و المال ، والمال والموجب للدخول فی النار.

Biz şəhadət veririk ki, bu yazıda qeyd olunan Şeyx Məhəmməd ibn Əbdül-Vəhhabın gətirdiyi və müsəlmanların rəhbəri olan Səud ibn Əbdül-Əzizin dəvət etdiyi Allahın təkliyini əmr edən və şirki qadağan edən bu din, şək-şübhə olmayan haqq dindir. Və şəhadət veririk ki, əvvəllər Məkkə və Mədinədə baş verən işlər, eləcədə, indiyədək Misirdə, Şamda və sair ölkələrdə baş verən işlər bu kitabda qeyd olunan şirk növlərindəndir. Şəhadət veririk ki, bu işlər insanın qanını və malını mübah edən və insanın Cəhənnəmə daxil olmasına səbəb olan küfrdür.

Eyni ilə bu sözləri Mədinə alimləri də yazıb imzaladılar və aşağıda imza edənlərin adlarını da yazdılar.

وکتبه الفقیر إلیه عز شأنه : محمد صالح رضوان ، شهد بذلك و کتبه : محمد بن إسماعیل

Bunu Allah möhtac olan Məhəmməd Salih Rizvan yazmış, buna Məhəmməd ibn İsmail… şəhadət vermiş və bunu yazmışdır.

Məhəmməd Salih Rizvan, Məhəmməd ibn İsmail və digər alimlər bu nizamnaməni imzalayıblar. Bunlar Mədinədə əhli-sünnə alimləri idi. Bunlar şəhadət verdilər ki, biz bundan əvvəl kafir olmuşuq, bu yeni dini qəbul etməliyik. Əgər biz və digərləri bu dini qəbul etməsə, Məhəmməd ibn Səud bizi öldürə bilər.

Maraqlısı budur ki, bunlar nə zaman şəhadət verdilər?

Onlar bu kitabda və Unvan əl-Məcd fi tarix ən-Nəcd kitabında qeyd ediblər ki, Mədinə camaatı neçə il mühasirədə qaldı, sonra bu əhdnamə və nizamnaməni imzaladılar. Məkkə camaatı it əti yeməyə razı idi, lakin təslim olmağa razı deyildi. Lakin təslim olandan sonra şəhadət verdilər ki, biz kafir və müşrik olmuşuq, qanımız halal olub. Nəinki biz, əksinə, Misir, İraq, Şam və digər şəhərlər də kafir olublar. İslamı gətirən yeganə şəxs Məhəmməd ibn Əbdül-Vəhhab olmuşdur.

Aparıcı: Vəhhabi kanallarının yayımladığı bir video hazırlamışıq. Belə ki, vəhhabilər hamını kafir hesab edir. Onlar bu kanalları təsis edir, bu məqsədin ardınca gedərək, özlərindən başqa hər kəsi kafir və müşrik hesab edir, bu təkfirləri pis iş hesab etmirlər. Şiə və sünnilərdən əlavə bütün dinləri də təkfir edirlər.

1-ci video: 25:46-dan 27:38-ə qədər

Təkfirin özü pis deyil, çünki yəhudi və nəsranilər də kafirdir. Allahdan başqasını çağıranlar kafir və müşrikdirlər.

Kəlimə kanalının aparıcısı Haşimi: Allahdan başqasını çağıranlar kimlərdir?

Ekspert: Şiəyə gətirdiyimiz iradın eynisini sünniyə də gətiririk. Siz nə zaman kömək istəsəniz, “Ya Allah” deyin. “Ya Əbdul-Qadir Gilani”, “Ya Ömər”, “Ya Əbu Bəkr” və “Ya Rəsuləllah” deməyin. İstiğasə və köməklik istədiyiniz zaman Allahın adını çəkin. Bu bir iradddır. Düz deyirlər. Əgər biz şiə aləminə irad tuturuqsa, bu, şiələrin öz istiğasə və çağırışlarında Həsən, Hüseyn, Əlinin adlarını çəkmələrinə görədir. Əhli-sünnənin də bir hissəsi Əbdül-Qadir Gilanini kömək edən və şəfa verən kimi çağırırlar. Şiələr Həzrət Rza (ə) və Həzrət Hüseynin (ə) qəbirlərindən nə istəyirlərsə, sünnilər də bəzən Əbdül-Qadir Gilanidən onu istəyirlər. Gərək hər ikisi islah olunsun və hər ikisi etdikləri bu işi tərk etsinlər və yerinə yalnız Allahı çağırsınlar.

Aparıcı: Siz əziz izləyicilər gördünüz ki, birinci yəhudi və nəsraniləri kafir hesab etdilər, sonra isə Allahdan başqalarını çağıranları da kafir və müşrik hesab etdilər. İkinci hissədə isə dedilər ki, şiələrə tutduqları iradı əhli-sünnəyə də tuturlar. Çünki onlar da Allahdan başqasını çağırırlar, niyə “Ya Rəsuləllah” deyirlər? Bunlar da şiə kimidirlər. Burada isə deyə bilmirlər ki, sünnilər də kafir və müşrikdirlər. Cənab Yəzdani, bunların əhli-sünnəni kafir hesab etməsi barəsində yenə də mənbə varmı?

Ustad Yəzdani: Mənbə çoxdur, nə qədər imkan var onları deyəcəyik. Bildiyimiz kimi, vəhhabilərin əksəriyyəti əhli-hədisdirlər və özlərini Əhməd ibn Hənbəlin davamçıları hesab edirlər. Bunlar bütün kəlami məzhəbləri, o cümlədən Mötəzilə (özləri də öz kanallarında dediklər kimi, bunları hər şeydən xaric hesab edirlər. Mötəzilələrin sayı az olduqları üçün bunun üstündən keçirik), əhli-sünnənin böyük bir hissəsini təkşil edən Əşairəni və böyük kəlam firqəsi hesab edilən Maturidiləri kafir hesab edirlər. İranın cənubu və şərqinin, Pakistan, Əfqanıstan, Hindistan və Misir camaatının hamısı Maturididir. Vəhhabilər bir kitab yazıblar, orada Maturidilərin kafir olduqlarını yazıblar:

"Əl-Maturidiyyə" kitabı, müəllifi Şəms əs-Sələfi əl-Əfğanidir. Bu şəxs bu günün ən radikal vəhhabilərindəndir. "Məktəbə əs-Siddiq ət-Taif"də çap olunub. O, səhifə 433-də deyir ki, ümumiyyətlə Maturidilər əhli-sünnə deyillər.

المبحث الثانی : فی بیان أن الماتریدیة و زملاءهم الأشعریة فرقة مبتدعة کلامیة من أهل القبلة ، ولیسوا من أهل السنة المحضة

İkinci bəhs: Maturidiyyə və onların yoldaşları olan əşəriyyə qiblə əhlindən olan qondarılımış kəlami firqədirlər və onlar xalis əhli-sünnə deyillər.

Digər məsələ budur ki, bunun əksini Zubeydi belə deyir: Nə zaman əhli-sünnə vəl-cəmaət dediniz, bundan Maturidi və Əşərilər nəzərdə tutulur. Qalanları isə əhli-sünnə vəl-cəmaətə aid deyildir. Mən bu sözün mənbəsini unutmuşam. Lakin vəhhabilər deyir ki, əhli-sünnə Maturidi və Əşəri olmayanlardır.

İkinci mənbə: "Fətava və rəsail səmahə", əş-Şeyx Məhəmməd ibn İbrahim ibn Əbdül-Lətif Alu Şeyxin kitabı, Mufti əl-məmləkə və rəis əl-quzat və əş-şuun əl-İslamiyyə kitabı.

Bu mufti İbn Bazdan əvvəl olmuşdur. Özü kor olduğu üçün kitab yazmamışdır. Çıxışlar etmiş və digərləri bu çıxışları yazmışlar. Bu kitabı Məhəmməd ibn Əbdür-Rəhman ibn Qasim toplamış, təhqiq və tərtib etmişdir. 1-ci çap, 1-ci hissə, “Əqaid” kitabı. Burada beş qisim vardır. Bu kitabda Hənəfiləri tənqid edir:

العجیب و المصیبة أن المتأخرین من الأحناف یطعنون فی أبي مطیع وينكرون المؤلف و هذا کله من متأخري الأحناف الذین غرقوا فی البدع کما غرق غیرهم

Təəccüblü və müsibət olan budur ki, son dövrün hənəfiləri Əbu Mutiyə və onun (“əl-Fiqhul-Əkbər”) kitabına tənə vururlar. Bütün bunları son dövrün hənəfiləri edirlər, hansılar ki, başqaları kimi bidət (bataqlığında) qərq olmuşlar.

Bunlar Əbu Muti barəsində deyilən mətləblər idi. Onlar bütün yeni Hənəfilərin digərləri kimi bidətçi olduğunu deyirlər. Çünki onların hamısı Əşəridir və bidətləri içində batıblar.

Bidət qoyanların vəziyyəti məlumdur. Görün bu mətləbdə nə qədər təhqir vardır. Hətta ad da çəkirlər ki, bu şəxs Səudiyyənin keçmiş böüyk müftisi Məhəmməd ibn Əbdül-Vəhhabın nəvələrindən biridir.

İkinci mənbə: "Əd-Durər əs-səniyyə fi əl-əcvibə ən-Nəcdiyyə", 1-ci hissə, səhifə 15:

Kitabın müqəddiməsində geniş şəkildə izah edir ki, İbn Teymiyyədən əvvəl İslam əqidəsinin tarixi necə olmuşdur. Sonra bir sıra sözlər deyir, lakin açıq-aşkar onların kafir olub-olmadıqlarını deyə bilmir.

إلی أن أقام الله تعالی : العالم الربانی ، مفتی الامه ، بحر العلوم ، شیخ الإسلام : أحمد بن تیمیه ، المجتهد المطلق ، المجمع علی فضله...

Nəhayət, Allah rəbbani alimi, ümmətin müftisini, elmlər dənizini, Şeyxul-İslam Əhməd ibn Teymiyyəni, mütləq müctəhidi, fəziləti barədə icma edilən şəxsi... göndərdi.

وبعدهم انتقضت عری الإسلام : وعبدت الكواکب و النجوم ، و عظمت القبور ، بنیت علیها المساجد ، و عبدت تلك الضرائح ، والمشاهد...

İbn Teymiyyə və tələbələrindən sonra İslamın sütunları sındı, ulduzlara ibadət edildi, qəbirlərə təzim edildi, qəbirlərin üzərində məscidlər inşa edildi, bu qəbirləri əhatə edən zərihlərə və hərəmlərə ibadət edildi.

فبعث فی القرن الثانی عشر … شیخ الإسلام والمسلمین...

On ikinci əsrdə Allah Şeyx əl-İslam vəl-muslimin Məhəmməd ibn Əbdül-Vəhhab göndərdi…

Yəni İbn Teymiyyə 6-cı əsrdə 728-ci ildə dünyadan getmiş, ondan sonra təxminən 5 əsr keçdi və Məhəmməd ibn Əbdül-Vəhhab gəlib İslamı diriltdi.

Aparıcı: Siz "Əd-durər əs-səniyyə" kitabını vəhhabilərin mötəbər kitablarından olduğunuzu buyurdunuz. Vəhhabilərin nəzərində bu kitabın mötəbər olmasına dair bir mənbə vardırmı?

Ustad Yəzdani: Mən bu kitabın müqəddiməsini yaddaşa vurmuşam. Bu müqəddimədə vəhhabilərin böyük alimlərinin bu kitab haqqında müqəddimələri yazılmışdır.

1-ci müqəddimə: Məhəmməd ibn Əbdül-Vəhhabın nəvələrindən biri Məhəmməd ibn Əbdül-Lətif Alu Şeyxin bu kitab haqqında xütbədən sonra belə deyir:

وأما بعد : فإني نظرت فی هذا المجموع الفائق ، الرائق ، الذی جمعه ورتبه الابن : عبد الرحمن بن محمد بن قاسم ، فرأیته قد جمع علوما مهمة و مسائل کثیرة جمة ، مما أوضحه علماء أهل هذه الدعوة الإسلامیة ، في مسائلهم ورسائلهم...

Mən oğul Əbdür-Rəhman ibn Muhəmməd ibn Qasimin cəm edib topladığı bu üstün və xalis kitaba nəzər saldım. Mən onun burada bu islami dəvətin alimlərinin öz cavablarında və risalələrində bəyan etdiyi mühüm elmləri, çoxlu müxtəlif məsələləri topladığını gördüm.

Geniş şəkildə bu kitabı tərifləyir, növbəti səhifədə də bu kitabda mühüm məsələlərin olduğunu vurğulayır. Növbəti müqəddimə 7-ci səhifədədir:

2-ci müqəddimə: Məhəmməd ibn Əbdül-Vəhhabın digər nəvəsi Şeyx Məhəmməd İbrahim Alu Şeyx də həmd-sənadan sonra bu kitabın əhəmiyyətli bir kitab olması barəsində açıqlamalar verir. Hər halda onların alimlərinin bu kitaba yazdıqları müqəddimələri aşağıda qeyd etsək kitabın nə qədər əhəmiyyətli olduğu daha da aydınlaşar.

Aparıcı: Mən öz cavabımı tam olaraq aldım. Lakin siz buyurdunuz ki, camaat İbn Teymiyyədən sonra ulduza sitayiş etdilər, xurafat və bidətlərə bulaşdılar. Bu söhbətləri vəhhabi kanalları da edirlər.

2-ci video: Vəhhabi kanalının aparıcısı Haşimi: 38:45 – 39:07

Qoyun bir acı həqiqəti deyim. O da budur ki, bizim cəmiyyətimiz Əhli-beyt adı ilə, İslam adı ilə Məkkə müşriklərindən də betər olublar.

Aparıcı: Gördüyünüz kimi, bizim cəmiyyətimiz Məkkə müşriklərinin zamanından daha pisdir. Bu sözü vəhhabi kanalından cənab vəhhabi deyir. Bu fikir həm də "Əd-Durər əs-səniyyə" kitabında da qeyd olunmuşdur. Ustad Yəzdani, siz buyurdunuz ki, bu barədə mənbələr çoxdur. Yenə də bu mənbələri açıqlamanızı xahiş edirik.

Ustad Yəzdani: Növbəti mənbə yenə də "Fətava və rəsail səmahə əş-şeyx Məhəmməd İbrahim ibn Əbdül-Lətif Alu Şeyx" kitabıdır. İbn Bazdan əvvəl Səudiyyənin baş müftisi olmuşdur. İkinci hissə, Üsul fiqh, Təharət və salat, 685-ci sual, Əşairələrin sünnilərə imamlıq etməsi barəsində:

Şəxs sual verir:

طلب منا أُناس من الجماعة (أهل نجد) نصب إمام لهم من الجنسية ، ولكن قام أهل بيت الأحساء معهم حجة وقفية المسجد ، وشراء أوقافه لجدهم . وموقع عليها قاضي من نحومائتي سنة ،ومحبس عليهم وعلى ذراريهم ، وذاكر الواقف أنه ليس للقضاة ولا للولاة فيه عزل ولا نصب ، ومن بدل أو غير فالله حسيبه وولي الانتقام منه ، وفي ذرية الواقف من يصلح للإمامة ،ولكن أقل أحوالهم أشاعرة إلى آخره .

Camaatdan (Nəcd əhlindən) bir dəstəsi bizdən onlar üçün öz yerlilərindən olan bir imam təyin etməmizi istədi. Lakin Əhsa ailəsinin üzvləri buna etiraz etdilər. Onlarda məscidin vəqf edildiyinə dair və məscidin babalarına məxsus olan vəqflərinin alış-satışının məhz onların öhdələrində olduğuna dair sənəd var idi. Bu sənədə bir qazi təxminən iki yüz il bundan qabaq imza atıb. Məscid onlara və onların övladlarına məxsusdur. Vəqf edən qeyd edib ki, nə qazilərin, nə də başçıların bu məscidə imam təyin etmək və ya (hansısa imamı) imamlıqdan götürmək haqqı yoxdur. Kim bunu başqa bir şeylə əvəz edər və ya dəyişərsə, Allah özü ondan hesab sorsun və ondan intiqam alsın. Vəqf edənin övladları arasında da imamlığa yarayan şəxslər vardır, lakin, ən kiçik durumları budur ki, əşəridirlər və s.

الجواب : لایجوز تقدیم مبتدع إماما فی الصلاة و إن کان نص الواقف وشرطه کما ذکرت ، فإن : قضاء الله أحق وشرط الله أوثق وغیر خاف علیك حکم إمامة الفاسق فكیف بالمبتدع؟

Cavab: Bidətçinin namazda imam olması caiz deyildir. Hətta vəqf edənin göstərişi və şərti olsa belə. Allahın hökmü daha haqq, şərti daha etibarlıdır. Fasiqin imamlığının hökmü sizə gizli deyildir (o sizə imamlıq edə bilməz), bəs bidətçi necə sizə namazda imamlıq edə bilər?

Yəni əşərilər fasiqdən daha betərdirlər.

Növbəti mənbə "Tarix Nəcd" kitabıdır. Müəllifi Seyyid Məhmud Şükri əl-Alusidir. O, görkəmli vəhhabilərdən və sələfi məzhəbindəndir. Vəhhabi kanalları bu cənabdan çox danışırlar. Bu kitabın mühəqqiqi isə Məhəmməd Bəhcət əl-Əsəridir. "Məktəbə Mədbuli"də, Qahirədə çap olunmuşdur. Bu kitabın 94-cü səhifəsində belə yazılmışdır:

ثم خلف عبد العزیز ( سعودا ) وهو أیضا قد قاد الجيوش على الخيل العتاق والركائب النجب, وأذعنت له صناديد العرب, وذلت له رؤساؤهم, بيد أنه منع الناس عن الحج ، و خرج علی السلطان ، و غالی فی التكفیر من خالفهم و شدد فی بعض الأحكام. وحملوا أكثر الأمور على ظواهرها كما غالى الناس في قدحهم. والإنصاف الطريقة الوسطى لا التشديد الذي ذهب إليه علماء نجد وعامتهم من تسمية غاراتهم على المسلمين بالجهاد في سبيل الله ومنعهم الحج.

Suuddan sonra Əbdül-Əziz xəlifə oldu. O da həmçinin, nəcib atlar və miniklər üzərində qoşunlara başçılıq etmiş, ərəblərin cəsur qəhrəmanları ona tabe olmuş, ərəblərin başçıları onun qarşısında təslim olmuşdu. Lakin, o, camaata Həccə getməyi qadağan etdi, sultana qarşı qiyam etdi, onlarla müxalifət edən kəsləri təkfir etməkdə ifrata vardı və bəzi hökmlərdə şiddətli (ekstremist) davrandı. Onlar əksər işləri onların zahirlərinə əsasən yozdular, habelə camaat da onları tənqid etməkdə ifrata vardılar. Halbuki, insaf(a uyğun olan) orta yol tutmaq idi, daha Nəcd alimlərinin və ümumi camaatının etdikləri kimi şiddət (ekstremizm) yolu tutmaq deyil. Onlar müsəlmanlar üzərinə apardıqları qarətcil yürüşlərini “Allah yolunda cihad” adlandırlar, Həcci qadağan etdilər...

Bu sözlər Şükri əl-Alusinindir. Bu şəxs "Ruh əl-məani" kitabının müəllifi deyildir.

Növbəti mənbə Albanidir. Bu da mühüm mənbələrdəndir, Albani bu kitabda hənəfilərə kinayə ilə danışır, hənəfilərin fiqhinin Tövrat kimi təhrif olunduğunu deyir. "Muxtəsər Səhih Buxari" kitabı, təhqiqatçısı Məhəmməd Nasiruddin əl-Albanidir. Bu kitab "Məktəbə əl-İslami" nəşriyyatında Riyadda çap olunub.

O, Həzrət İsa (ə) haqqında bir rəvayət gətirmişdir, belə ki, Həzrət İsa (ə) zühur edən zaman ədalətli olacaq, xaçı sındıracaq, donuzu öldürəcək və… Sonrakı rəvayətdə də yenə də Həzrət İsadan (ə) danışılır. 4-cü haşiyədə deyir:

هذا صریح فی أن عیسی علیه السلام یحكم بشرعنا ، ویقضی بالكتاب والسنة ، لا بغیرهما من الإنجیل أو الفقه الحنفي و نحوه.

Bu (hədis) açıq-aşkar onu göstərir ki, İsa (əleyhis-səlam) bizim şəriətimizlə hökm verəcək; kitab və sünnə ilə qəzavət edəcək, daha İncil, hənəfi fiqhi və s. bu kimi kitab və sünnədən qeyri olan şeylərlə deyil.

Növbəti mənbə "Sirr təəxxur əl-ərəb vəl-muslimin" kitabıdır. Bu kitabın müəllifi məşhur əhli-sünnə alimlərindən olan Məhəmməd əl-Ğəzzalidir. 1-ci çap, 1405 h. - 1985 m. O, 43-cü səhifədə belə deyir:

إن زعيم السلفية الأسبق فى مصر الشيخ حامد الفقى حلف بالله أن أبا حنيفة كافر ٬ ولا يزال رجال ممن سمعوا اليمين الفاجرة أحياء

Sələfilərin Misirdəki keçmiş başçıları Şeyx Hamid əl-Fəqa Allaha and içmişdir ki, Əbu Hənifə kafirdir. Bu çirkin andı eşidən şəxslərdən bəziləri hələ də sağdırlar.

Misirin sabiq sələfi rəhbərlərindən olan Şeyx Hamid əl-Fəqi Allaha and içərək Əbu Hənifənin kafir olduğunu deyirdi.

Ğəzzalinin özü bu əqidədə olmayıbdır, sadəcə sələfilərin hənəfiləri kafir hesab etmələrini nəql etmişdir.

Yenə də Albaninin Əbu Hənifənin əleyhinə danışdığı və onu rəvayət nəql etməkdə zəif hesab etməsi məsələsi əlimizdə vardır. "Əs-Sunnə" kitabı, müəllifi Hafiz Əbu Bəkr Əhməd ibn Əmr ibn Əbu Asimdir. Məhəmməd ibn Nasiruddin əl-Albani bu kitabı təhqiq etmişdir. Bu kitab "Məktəbə əl-İslami" nəşriyyatında Riyadda çap olunmuşdur. Kitabın 78-ci səhifəsində bir rəvayət gəlmişdir və Albani rəvayətin hökmü haqqında belə deyir:

اسناده ضعیف ، رجال ثقات رجال البخاری غیر ابی حنیفه ، فإنه علی جلالته فی الفقه ضعفه الأئمه لسوء حفظه

Bu hədisin sənədi zəifdir, raviləri Əbu Hənifədən başqa hamısı Buxarinin raviləridir. Əbu Hənifə fiqhdə böyük şəxsiyyət olmasına baxmayaraq, hədis imamları onu yaddaşının pis olmasına görə onu zəif hesab etmişlər.

Davamında Əbu Hənifəni zəif hesab edənlərin adlarını "Əl-Əhadis əz-zəifə" kitabında açıqlayır, halbuki o, İbn Həcərin sözlərini həmişə diqqətdə saxlayır və qəbul edirlər.

İbn Həcərin "Təhzib ət-təhzib" kitabında Əbu Hənifənin siqə olmasını təsdiqləyən alimlərin ifadələrini qeyd edib, həmçinin onun hafizəsinin güclü olmasını vurğulayırlar. Öz açıq-aşkar bildirir ki, Əbu Hənifə hədisi yadda saxlamadan nəql etmir, heç zaman rəvayəti kitabdan oxuyub nəql etmirdi. Yalnız əzbərlədiyi və hafizəsində saxladığı rəvayətləri nəql edirdi.

Lakin Albani vəhhabi olduğu üçün hənəfi və əşərilərlə ciddi problemi vardır və onları kafir hesab edirlər. Əbu Hənifənin əhli-sünnənin böyük imamı olmasına baxmayaraq, vəhhabilər ona Buxarinin raviləri qədər qiymət vermirlər. Necə olur ki, bu 1400 il ərzində onun fiqhinə əməl ediblər? Bunların fikrinə görə bu müddət ərzində onun fiqhinə əməl edənlər səhv ediblər.

Aparıcı: Hazırladığımız bir videoda vəhhabi ekspertləri deyir ki, şiə və sünni alimləri yığışıb əhli-sünnə alimlərini təkfir edirlər. Bu da aydındır ki, əhli-sünnə öz əleyhinə təkfir hökmü çıxarmayıblar, bu hökm vəhhabilərin əleyhinə çıxarılmışdır. Vəhhabilər bunu bilirdilər, lakin indi aşkara çıxartılar.

3-cü video: 52:47 – 53:37

Qumda keçən çərşənbə günü bir konqres təşkil olunmuşdu. Bu konqresdə bir qrup şiə alimi, onların başında Ayətullah Sübhani və Ayətullah Məkarim Şirazi, bir qrup tanınmayan əhli-sünnə alimi və heç bir fikir səsləndirməyən digər şəxslər toplandı və konqres öz işinə başladı. Bu konqresdə belə nəzərə çarpdı ki, “İslam oyanışını” və əhli-sünnəni təkfirçi qrupların bir hissəsi kimi qələmə verdilər.

Aparıcı: Bu ekspert iddia edir ki, şiə və sünni alimləri toplaşıb əhli-sünnəni təkfirçi firqənin bir hissəsi olaraq tanıtdırıblar. Adətən, insanın ağlına gələ bilər ki, əhli-sünnə alimi desin ki, mən təkfirçi firqəyə mənsubam yoxsa şiə və əhli-sünnə alimləri yığışıb desin ki, siz vəhhabilər təkfirçi firqəsiniz?

Bunu rədd etmək üçün bəhanə tapmadıqları üçün deyirlər ki, bu alimlər ümumiyyətlə məşhur deyillər. Siz cənab Tərşabi, əhli-sünnə arasında nə qədər tanınırsınız? Bu alimlər Hənəfi və Şafei fiqhi sahəsində ən azı İranda əhli-sünnə təlimləri ilə tanınıblar. Bu, sizsiniz ki, əhli-sünnədən ayrılmısınız və xoşbəxtlikdən belə etiraf edirsiniz ki, əhli-sünnə və şiələr bu nəticəyə gəliblər ki, təkfirçi firqələr əhli-sünnədən ayrıdır. Camaatı təkfir edən və öldürən elə vəhhabilərin özüdür. Cənab ustad, necə olur ki, əhli-sünnənin vəhhabilərin onları təkfir etmələrindən xəbərləri olmur yoxsa xəbərləri vardırmı? Bu barədə bir mənbə vardırmı ki, əhli-sünnə də vəhhabilərin onları təkfir etmələrini desinlər?

Ustad Yəzdani: Bu mətləb üçün bir ayrı proqram lazımdır. Alimlər açıq-aşkar deyirlər ki, vəhhabilər bizi kafir hesab edir və buna görə də onların əleyhinə onlarla mübarizə aparmağın zəruri olmasına dair fətvalar vermişlər. Əhli-sünnənin böyük alimləri tarix boyu vəhhabilərin əleyhinə bir çox kitablar yazmışlar. Əgər imkan varsa bu gün o mənbələrdən ikisini qeyd edək və gələn həftədə də bu barədə gedin danışarıq.

Məkkədə Hənbəli məzhəbinin müftilərindən olmuş İmam Əllamə Şeyx Məhəmməd ibn Abdullah ibn Humeyd Nəcdi olmuşdur. O, Məhəmməd ibn Əbdül-Vəhhabın əleyhinə bir sıra fikirlər səsləndirmişdir. Onlardan biri də budur ki, Məhəmməd ibn Əbdül-Vəhhab gücü çatdığını gündüz öldürür, gücü çatmadığını isə gecə bir adam göndərib onu öldürtdürürdü. O, bütün müxalifləri ilə belə edirdi. Hətta o, qardaşını da öldürmək istəmişdi.

"Əs-Suhub əl-vabilə əla zəraih əl-hənabilə" kitabı, müəllifi İmam Əllamə Şeyx Məhəmməd ibn Abdullah ibn Humeyd Nəcdidir. O, Məkkədə Hənbəli müftilərindən olmuşdur və 1295-ci ildə dünyada getmişdir. Vəhhabilərin hakimiyyəti də bu vaxt çökdü. "Məktəbə əl-Əhməd" nəşriyyatında çap olunmuşdur. O, 275-ci səhifədə Məhəmməd ibn Əbdül-Vəhhabın atasının tərcümeyi-halında, 415-ci şərhdə belə deyir:

عبد الوهاب بن سلیمان بن علي بن مشرفوهو والد محمد صاحب الدعوة التی انتشر شررها فی الآفاق.

Əbdül-Vəhhab ibn Süleyman ibn Əli ibn Müşrif… O, şərri aləmi bürüyən dəvətin sahibi olan Məhəmməd ibn Əbdül-Vəhhabın atasıdır.

لكن بینهما تباین مع أن محمدا لم یتظاهر بالدعوة إلا بعد موت والده و أخبرنی بعض من لقیته عن بعض أهل العلم عن من عاصر الشیخ عبد الوهاب هذا أنه کان غضبانا علی ولده محمد لكونه لم یرض أن یشتغل بالفقه کأسلافه و أهل جهته.

Lakin, onların arasında fərq vardır. Üstəlik, Muhəmməd yalnız atasının ölümündən sonra dəvət iddiası etmişdir. Görüşdüyüm şəxslərdən biri Şeyx Əbdül-Vəhhabın müasiri olan elm əhli şəxslərdən birindən mənə belə xəbər verdi ki, o oğlu Muhəmmədə qarşı qəzəbli imiş, çünki, oğlu öz sələfləri və yoldaşları kimi fiqhlə məşğul olmaqla razı olmamışdır.

ویفترس فیه أن یحدث منه أمرا فکان یقول للناس یا ما ترون من محمد (من الشر)

Atası ondan (xata) bir iş çıxacağını öncədən hiss edirdi və camaata deyirdi ki, “vay sizin Muhəmməddən görəcəyiniz (şərr)ə! (Muhəmməddən nə şərr görəcəksiniz!)”

فقدر الله أن صار ما صار

Allah da elə müqəddər etdi ki, (atasının) dedikləri oldu.

Sonra davamında deyir ki, onun qardaşı da onunla müxalifətçilik edirdi və onun fikirlərini qəbul etmirdi.

و سمی الشیخ سلیمان رده علی أخیه فصل الخطاب فی الرد علی محمد بن عبد الوهاب و سلمه الله من شره و مکره

Qardaşı Şeyx Süleyman ona yazdığı rəddiyyəni “Faslul-xitab fir-rədd əla Məhəmməd ibn Əbdül-Vəhhab” adlandırdı. Allah onu onun (Muhəmmədin) şərrindən və hiyləsindən qorudu.

فإنه کان إذا باینه أحدا ورد علیه ولم یقدر علی قتله مجاهرة یرسل إلیه من یغتاله فی فراشه أو في السوق لیلا لقوله بتكفیر من خالفه و استحلاله قتله.

Əgər bir şəxs Muhəmməddən ayrı olduğunu bildirsəydi və ona rəddiyyə versəydi, Muhəmmədin də onu aşkarda öldürməyə gücü çatmasaydı, Muhəmməd bir adam göndərərdi və həmin şəxs gəlib o adamı ya yatağında, ya da gecə ikən bazarda (sui-qəsdlə) qətlə yetirərdi. Çünki, Muhəmməd ibn Əbdül-Vəhhab onunla müxalifət edən şəxsin kafirliyinə və qətlinin halal olduğuna etiqad edirdi.

Gördüyünüz bu terrorların hamısı Məhəmməd ibn Əbdül-Vəhhabın göstərişi və sünnəsi əsasında gerçəkləşdirilir. Əgər gücü çatırsa gündüz, gücü çatmırsa gecə öz müxalifini öldürür. Çünki fətva vermişdi ki, kim onunla müxalifətçilik etsə, kafirdir və qanı halaldır.

Bundan sonra bir hadisəni nəql edir. Hadisədə deyilir ki, Məhəmməd ibn Əbdül-Vəhhab bir dəlini muzdlu qatil olaraq kirayələdi və ona silah verdi ki, öz qardaşı Süleymanı öldürsün. Lakin bu dəli şəxs Süleymanı öldürmək üçün evinə girəndə ondan bir möcüzə gördü və daha Süleymanı öldürmədi.

Məhəmməd ibn Əbdül-Vəhhab haqqında açıqlamanı əhli-sünnənin böyük alimlərindən biri vermişdir. Açıqlamada deyilir ki, vəhhabiləri bizim hamımızı kafir və bizi öldürməyi vacib hesab edir. İnşallah gələcək həftələrdə bu barədə daha geniş məlumat verəcəyik.

Aparıcı: Şiə, sünni və hətta vəhhabi izləyicilərimizə bu gecəki sualımız budur ki, niyə vəhhabilər əhli-sünnənin vasitə ilə və ya vasitəsiz olaraq özlərinin digər imamlarının ustadlarından hesab etdiyi və onların böyük imamı olan Əbu Hənifə Numan ibn Sabitə bu qədər tənə vururlar, yaddaşını sual altına salır və hətta onun fiqhini Tövrat və İncilin yanında təhrif olunmuş kitab kimi təqdim edirlər?

İzləyici: Tehrandan Daneşrad – şiə

Sizin hər ikinizi salamlayıram. Belə gözəl proqramlarla bu elmi akademiyanı bizim evimizə qədər gətirməyinizə görə sizə təşəkkürümü bildirirəm. Biz bu proqramlara baxmaqla təzə başa düşmüşük ki, Peyğəmbər (s) və İmamlar (ə) nə əziyyətlər çəkiblər. Çünki Mariqin, Münafiqin və Nakisin ifadələrin mənalarını başa düşürük. Sualınızın cavabına gəlincə, bunların özlərinin bir təfəkkürü var. Bundan başqa şiə və ya sünni təfəkküründən asılı olmayaraq heç bir təfəkkürü qəbul etmirlər.

İzləyici: Rəfsəncandan Rəisi – şiə

Biz İranın şərqində yaşayırıq və bu vəhhabilərin necə faciələr yaratdığının dəfələrlə şahidi olmuşuq. Onların bir əhli-sünnə alimini təkfir etmələri təzə bir məsələ deyildir. Meydana gələn gündən bu günədək bu işi görüblər. Bunlar yalnız təkfir dilini bilirlər. Bir sualım var. Bir müddətdir ki, vəhhabilər İranın böyük şəxsiyyətlərini, o cümlədən Sədini, Hafizi öz məzhəblərindən hesab edirlər. Bu nə qədər doğrudur?

Aparıcı: İnşallah bu suala Ustad Yəzdani cavab verəcək. Lakin bizim mütəxəssislərimiz deyir ki, şairlər bizim üçün din və ya məzhəb gətirməyiblər və biz din baxımından şairlərə baxmırıq. Şiə nidasının məşhur proqramlarından biri də gözəl şəkildə müzakirə olunmaqla əlaqədardır. Bu proqram cümə günü axşam yayımlanacaq.

Ustad Yəzdani: Bu bəhs sırf ixtisaslı sahəyə aiddir. Bu barədə bir proqram yayımlanacaq. Bunlar deyirlər ki, 7-ci və ya 9-cü əsrdə bir şair göstərin ki, şiə olsun, Həzrət Əlini (ə) tərifləsin, lakin Əbu Bəkr və Öməri tərifləməsin.

Biz birinci müsəlman şair kimi Salma Farsini göstərə bilərik. Siz Salmandan xəlifələri tərifləyən bir şer göstərin. Laki görürük ki, onun Həzrət Əli (ə) barəsində şeri vardır. Həmçinin, Hafizin də Həzrət Əlini (ə) tərif edən, lakin digərləri barəsində bir söz də deməyən şeri vardır. Firdovsinin kitabı barəsində də söhbətlər vardır. Hətta bu şairlər sizin məzhəbinizdə də olsalar, bizim üçün fərqi yoxdur. Çünki bizim Peyğəmbərə (s) tabe olan Həzrət Əlimiz (ə), Xanım Zəhramız (s.ə) və digər İmamlarımız (ə) vardır. Biz də onlara tabeyik. Bizim Şeyx Müfid, Seyyid Mürtəza və Seyyid Rəzi kimi böyüklərimiz vardır və Mövləviyə və ya digərlərinə heç bir ehtiyacımız yoxdur. Bunların hamısı sizin olsun. Dini baxımdan şairin sözü bizə heç bir fayda vermir.

İzləyici: Bəndər Abbasdan Həsən – əhli-sünnə

Əbu Hənifəyə kafir deyilən səhifələri göstərin.

Aparıcı: Məşhəddən Əzizi – əhli-sünnə

Sizin sualınız barədə heç bir fikrim yoxdur. Əgər onlar Əbu Hənifəni kafir hesab edirlərsə, özləri kafirdir.

Ustad Yəzdani: Əlbəttə ki, əhli-sünnə alimləri vəhhabiləri təkfir etməyiblər, sadəcə onların təkfirlərini nəql ediblər. Məhəmməd ibn Əbdül-Vəhhab və İbn Teymiyyə haqqında çox söhbətlər vardır. Lakin əhli-sünnə alimlərinin bütün vəhhabiləri təkfir etməsini görməmişik. Aydın məsələdir ki, təkfirçi firqə vəhhabi firqəsidir. Əhli-sünnənin təkfir edən onlardır. Şiələr barəsində isə, təkfirdən də keçib daha betər fikirlər səsləndiriblər. Bu vəhhabilər əhli-sünnəni təkfir edirlər. Lakin biz əhli-sünnənin vəhhabiliyi təkfir etməsini görməmişik.

Aparıcı: Bayaq Firdovsiyə işarə olundu. Bu şairə nisbət verilən şerlərdən bir neçəsini səsləndirməyimiz pis olmaz. Halbu ki, onlar Firdovsinin əhli-sünnə olduğunu deyirlər:

فرخنده نمود است علی ماه رجب را

از اوج ادب درس بداد است ادب را

سنی ز چه رو ، رو به سوی کعبه نمودی

دانی که علی زاده بود خانه ی رب را

Əli (ə) Rəcəb ayını xoşbəxt elədi

Ədəbin ən yüksək yerindən ədəbə dərs verdi

Sünni nə üzdən üzünü Kəbəyə tutur?

Halbuki, Əlinin (ə) Allah evində dünyaya gəlməsini bilir

Əgər şiələrin əleyhinə sərt şerlərini nəzərdə tutursunuzsa, bu tərəfdən də belə şerləri də nəzərinizdə saxlayın.

İzləyici: Yasucdan Farabi – şiə

Sizin sualınız barədə deyim ki, vəhhabilər Əbu Hənifə kimi şəxsləri təkfir etməyin səbəbi Əbu Hənifənin vəhhabi olmamasıdır. Bunlar vəhhabi olmayanları təkfir etməyə, qeyri-müsəlman adlandırmağa adət ediblər və yalnız özlərini dünyaya müsəlman kimi tanıtdırırlar. Bununla belə onlar dünyada biabır olublar.

Ustad Yəzdanidən xahiş edirəm ki, Peyğəmbərin (s) və səhabələrin qısa həyatları barəsində məlumat versin. Çünki bir çox izləyiciliər var ki, İmam Hüseynin (ə) və digər İmamların (ə) şəhadətinə qədər ümmətin içində baş verən azğınlıqlardan xəbərləri yoxdur. Məsələn, döyüşlər barəsində söhbət edəndə, hansı döyüşün əvvəl, hansı döyüşün sonra baş verdiyini bilmirlər. Həmin hadisələri zaman ardıcıllığı ilə izah etsəniz, izləyicilər də məsələlərin dərinliyinə vara bilsinlər. Biz bu proqramlara görə sizə təşəkkür edirəm. Çünki siz bu proqramlarla vəhhabi kanallarına cavab verə bilirsiz.

Ustad Yəzdani: Peyğəmbərin (s) və İmamların (ə) həyat tarixini bizdən danışmağımızı istəyə bu əziz izləyiciyə deyək ki, bu mövzu şübhələrə cavablar silsiləsinə aid deyil, əksinə tarixi mövzuya aiddir. Tarixi mövzu ilə məşğul olan qrup müxtəlif münasibətlərdə belə proqramları olur. Ümid edirəm ki, kanalın məsulları bu əziz izləyicimizin söhbətlərini tarix qrupuna yönləndirər, onlar da Peyğəmbərin (s) tarixindən İmam Hüseynin (ə) şəhadətinədək qısa tarixi açıqlaya bilərlər. Belə ki, nə baş verdi ki, cəmiyyət bu qədər dəyişdi, Allah Rəsulunun (ə) oğlunu şəhid etdilər.

İzləyici: Kermanşahda Sadiqi – əhli-sünnə

Sizi salamlayıram, yorulmayasınız. Mən müsəlmanam. Yəni, nə Şafei, nə Hənbəli, nə də Hənəfiyəm, sadəcə əhli-sünnəyəm. Əli açıq şəkildə namaz qılıram, lakin əli bağlı şəkildə də namaz qılmaq olar. Vəhhabi kanallarında ikinci xəlifə haqqında bir film hazırlayıblar. Mən bunların Vəhşi haqqında düşüncələrinə təəssüf edirəm. Bu şəxs tarix üçün utancvericidir. Peyğəmbərin (s) əmisi Seyyidüş-şühəda Həzrət Həmzəni öldürən adama bunlar bu qədər qiymət verirlər. Müsəlmanların problemlərinin banisi Müaviyənin anası haqqında film çəkirlər, lakin bizim hanı formada qəbul etməyimizdən asılı olmayaraq, Xeybər və Qədir Xum haqqında olan hadisələri göstərmirlər. Lakin filmin çox hissəsini Vəhşiyə və bəlaları yaradan Hində aid ediblər. Bunlar İslamda heç yeri olmayan məsələlərdir. Bu arada mənim və bir çoxlarının fikrinə görə xilafət dünyəvi bir işdir. Lakin imamət xilafətdən ayrıdır. Bu, əhli-sünnənin arasında da bir həqiqətdir. Hətta sakinləri sünni olan şəhərlərdə də “Əli” adı “Ömər” və “Əbu Bəkr” adlarından daha çoxdur. Bu, sadə bir məsəl idi. Mən demirəm ki, bunları sevmirəm. Lakin bu sevgi fərq edir və bir-biri ilə fasiləsi vardır. Vəhhabi əqidəsi barəsində isə, onlar haradan təmin olunduqları məlumdur, pul alıb belə fətvalar verirlər. Onlar özləri mürtəd və kafirdirlər. Əhli-sünnə cəmiyyəti isə onların dediyi kimi deyildir. Əhli-sünnə İmamları (ə) sevir. Siz əgər yalnız Kürdüstana baxsanız görərsiniz ki, çərşənbə axşamları və cümə gecələri evlərdə minlərlə insane İmamları (ə) yad edirlər. Əgər problem varsa, birinci öz cəmiyyətimizdə bu məsələləri həll etsinlər, sonra digərlərini təkfir etsinlər.

Ustad Yəzdani:

Birincisi budur ki, o, deyir ki, mən təqlid etmirəm. Bu söz səhv sözdür. Çünki biz fiqhdə təqlid etməyə məcburuq. Əlbəttə ki, əqaiddə həm şiələr, həm də sünnilər təqlid etmirlər. Əgər bir kəs İslam şəriətinin hökmlərini ələ gətirmək istəyirsə, ya gərək müctəhid olsun. Bu iş də bir ömür dərs oxumaq və təhqiqat aparmaqla hasil olur. Ya da gərək təqlid etsin. Məsələn, bir işçi şəri məsələlərin hər birini tək-tək əldə etmək üçün kitablar oxuya, müxtəlif elmlərə yiyələnə bilməz. Adi bir şəxs bu işi görə bilməz. Buna görə də gərək təqlid etsin. Əhli-sünnə alimlərinin özü açıq-aşkar deyirlər ki, vacibdir ki, 4 məzhəbdən birinə təqlid edək. Vəhhabilərin əhli-sünnə ilə fərqlərindən biri də budur ki, əhli-sünnə təqlid etməyi vacib hesab edir, lakin vəhhabilər təqlid edənləri kafir hesab edir. Bu barədə əziz izləyicilərimizə bir mənbə göstərirəm:

"Əqaide əhli-sünnə və cəmaət dər rədde vəhhabiyyət və bedət" kitabı, müəllifi mövlana Əhməd Sehranpuridiri. Bu kitaba müqəddimə yazan və tərcümə edən Çabəhar İslami ərəbi mədrəsəsinin müdiri mövlana Əbdür-Rəhma Sərbazidir. Bu şəxs əhli-sünnənin böyük alimlərindəndir və İranın şərqində və cənub-şərqində yaşayan əhli-sünnə camaatının yanında çox ehtirama malikdir. Bu kitabın əsil adı "Əl-Muhənnəd əla əl-mufənnəd"dir.

Sual 8, 9, 10:

1. Bir kəs üsuliddin və füruiddində 4 imamdan birinə təqlid edə bilərmi?

2. Təqlid doğru olsa, bu təqlid vacibdir yoxsa müstəhəb?

3. Siz füruiddin və üsuliddində hanı imama təqlid edirsiniz?

Cavab: 4 imamdan birinə təqlid etmək vacibdir. Divləri məğlub edən alimlər Əbu Hənifənin müqəllididir. İndiki zamanda hər kəsə lazımdır ki, əksinə vacibdir ki, 4 imamdan birinə təqlid etsin. Çünki öz təcrübələrimdə müşahidə etmişəm ki, təqlidi tərk edənlər həvayi-nəfslərinə tabe olmuş, zındıqlığın qaranlıq çuxuruna düşmüşlər. Allah Təala bizi bundan amanda saxlasın. Buna görə də biz və bizim böyüklərimiz üsul və füruda müsəlmanların imamı Əbu Hənifəyə təqlid edirik. Allah Təala bu yolda bizim həyatımızı sona çatdırsın.

Deməli təqlid etməyən şəxs özünün şəri hökmlərini əldə edə bilməz.

Lakin onların çəkdikləri film haqqında deməliyəm ki, düzdür, filmin əksər hissəsi Vəhşi və onun dostu Reyhanəyə həsr olunmuşdur. Halbuki, tarixdə ümumiyyətlə belə bir şey mövcud deyildir.

İzləyici: Zaboldan Ləkzayi – şiə

Bizim əhli-sünnə ilə qohumluğumuz vardır və onlarla heç bir problemimiz yoxdur. Lakin onların bizimlə təəssübü vardır. Biz onlarla necə rəftar etməliyik?

Ustad Yəzdani: Mən bu əziz izləyiciyə tövsiyə etməkdən daha kiçiyəm. Lakin Həzrət Ayətullah Vəhid Xorasaninin həm öz saytında, həm də Vəli Əsr (ə.f) saytında yer alan istiftasının mətnini sizin üçün oxuyuram.

Ayətullah Vəhid Xorasaninin şiə və sünnilər barəsində istiftaatı:

Ayətullah Vəhid Xorasaninin ofisinin məlumat bürosunun təqdimatı ilə vəhhabilərin vasitəsi ilə vəhhabi alimlərinin şiələri kafir hesab etmələri haqqında bir sıra suallar

Onlardan biri də budur ki, bunun müqabilində şiələr də əhli-sünnəni kafir hesab edə bilərmi?

Bu sualı istifta formasında Ağanın ofisinə ünvanlayıblar:

Allahın adı ilə. Biz əhli-sünnənin yaşadığı məhəllədə yaşayırıq. Onlar bizi kafir hesab edir və şiənin kafir olduğunu deyirlər. Biz də onların bizimlər rəftar etdikləri kimi onlarla rəftar edə bilərikmi? Onlar bizi kafir hesab etdikləri kimi, biz də onları kafir hesab edə bilərikmi? Bu hücumların müqabilində bizim vəzifəmizi bizə açıqlamanızı xahiş edirik.

İmza: Bir qrup möminlər.

Cavab: Bağışlayan və Mehriban Allahın adı ilə. Allahın təkliyinə, Peyğəmbərlərin (s) sonuncusunun risalətinə şəhadət verən hər kəs müsəlmandır. Onun canı, namusu, malı Cəfəri məzhəbində olan şəxslərin canı, malı namusu kimidir və möhtərəmdir. Sizin şəri vəzifəniz budur ki, bu şəhadəteyni deyənlərdən hər kəs size kafir hesab etsə, onlarla yaxşı rəftar edin. Əgər onlar haqsız olaraq sizinlə rəftar etsələr, siz haqq olan düz yoldan və ədalətdən uzaqlaşmayın. Onlardan kim xəstələnsə, ona baş çəkin, dünyadan getsə, cənazəsində iştirak edin, sizə ehtiyacı olsa, ehtiyacını ödəyin və Allahın bu hökmünə təslim olun:

وَلاَ يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَى أَلاَّ تَعْدِلُواْ اعْدِلُواْ هُوَ أَقْرَبُ لِلتَّقْوَى

Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. (Maidə, 8)

Allahın bu əmrinə də tabe olun:

وَلاَ تَقُولُواْ لِمَنْ أَلْقَى إِلَيْكُمُ السَّلاَمَ لَسْتَ مُؤْمِنًا

Sizə salam verən və zahirdə İslama mənsubiyyət bildirən şəxsə, dünya həyatının mənfəətini əldə etmək istəyərək (bu bəhanə ilə onu öldürmək üçün) “sən mömin deyilsən” deməyin! (Nisa, 94)

Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.

Bu mətn bizim böyük mərcələrimizdən birinin fətvasıdır. Bu mərcəyə təqlid edən hər kəs bu fətvaya əməl edir. Həzrət Ayətullah Məkarim Şirazi və Həzrət Ayətullah Sistani də bu fətvanı veriblər. Bizim bütün mərcələrimiz də bu fətvanı veriblər. Biz şəhadəteyni deyən heç kəsi kafir hesab etmirik. Onunla müsəlman kimi davranırıq. Onun həm malı, həm də canı bizim üçün möhtərəmdir. Bizim rəftarımız mərcələrimizin dediyi kimidir. Bundan artıq heç nəyə əməl edə bilmərik.

İzləyici: Türbət Camdan Cami – əhli-sünnə

Bu ehtiramsızlıqları məzhəb böyüklərinə edənlərin özlərinin nə dini var, nə də məzhəbi. 1400 il boyunca şiə və sünnilər bir yerdə yaşamış və bu cür sözləri heç kim eşitməmişdir.

Aparıcı: Çox sağ olun təşəkkür edirəm.

Рейтинг

В этом разделе