Amerika Birləşmiş Ştatları "Əl-Qaidə" lideri Usama Bin Ladenin öldürülməsində mühüm rol oynayan və ABŞ kəşfiyyatına cəsusluq etdiyinə görə 33 il həbs cəzasına məhkum edilən pakistanlı həkim Şakil Afridinin azad edilməsini istəyib.
ABŞ dövlət katibi Hillari Klinton Çinin paytaxtı Pekinə yola düşüb. O, Cənubi Çin dənizində ərazi mübahisəsinin həlli istiqamətində Çin liderlərinə mesaj çatdıracağına söz verib
313news.net-in gazeta.ru saytına istinadən verdiyi xəbərə görə, Dağıstanın Xasavyurd rayonunda şiə müsəlmanların toplaşdığı İmam Əli (ə.s) məscidinə naməlum şəxslər tərəfindən silahlı basqın olub.
313news.net-in ABNA-ya istinadən verdiyi məlumata görə, az əvvəl Ayətullah Sistaninin ofisindən səlahiyyətli şəxslərdən biri açıqlama verərək, Ayətullah Sistaninin 20 avqust tarixini bayram günü elan etdiyini bildirmişdir.
Hazırda Skandinaviyada "hökm sürən" uzun işıqlı yay günləri yüz minlərlə mömin müsəlmanı çox çətin sınaq qarşısında qoyur: ya acından ölməli, ya da müqəddəs Ramazan ayında dinin tələblərinə əməl etmədən mömin olmaqdan əl çəkməli. Bu barədə Trend Rusiya KİV-inə istinadən yazır.