Şimali Koreya: "ABŞ-a qarşı hazırlıqlıyıq"

Şimali Koreya təkrar ABŞ-a xəbərdarlıq edərək, Koreya yarımadasında hər cür döyüşə hazırlıqlı olduğunu bildirib.

Xebername.az Rasthaber.com-a istinadən xəbər verir ki, Şimali Koreya, ABŞ və Cənubi Koreya hərbi birliklərinin Şimali Koreya bölgəsində təşkil etdikləri hərbi təlimin ardından bu gün bir daha ABŞ və Cənubi Koreyaya xəbərdarlıq edib. Şimali Koreya xəbər kanalı ordu rəsmilərinə istinadən yayımladığı xəbərdə, söz mövzusu hərbi təlimin bir döyüş ssenarisi olduğunu və ordunun isə Şimali Koreyanın torpaq bütövlüyünü qorumağa hazır olduğunu ifadə edib.

Bazarertəsindən etibarən başlayan və 11 gün davam edəcək olan ABŞ və Cənubi Koreyanın ortaq təşkil etdikləri hərbi təlimlərdə 56000 Cənubi Koreya əsgəri və 30000 ABŞ əsgəri iştirak edir.

В этом разделе