Talibanın Facebook əməliyyatı

Onlar bu informasiyalar nəticəsində əsgərlərin yerlərini təyin edir və hücumlar təşkil edirlər.

İslamazeri.az-ın verdiyi xəbərə görə bu barədə “The Sunday Telegraph” qəzeti məlumat yayıb. Qəzetin iddiasına görə, taliblər sosial şəbəkələrdən aktiv istifadə etməklə Əfqanıstan ərazisində olan xarici hərbi qüvvələrin özəl informasiyalarına sahib olurlar.

Belə ki, taliblər saxta profillər yaradaraq əsgərlərlə kontakta çıxır və onlardan bəzi informasiyaları əldə edirlər. Onlar bu informasiyalar nəticəsində əsgərlərin yerlərini təyin edir və hücumlar təşkil edirlər.

Artıq bununla bağlı NATO və digər ölkələrin hərbi sistemləri araşdırmalara başlayıb. İlk olaraq isə Avstraliya hərbi qüvvələri araşdırmalarını sürətləndirib. Buna səbəb isə bir müddət əvvəl 3 əsgərin öldürülməsi ilə nəticələnən hücumdur.

Qeyd edək ki, ötən ilin yayında ABŞ prezidenti 2014-cü ilə qədər bütün hərbi qüvvələrin Əfqanıstanı tərk edəcəyi barədə açıqlama vermişdi.

В этом разделе