Ayətullah Sistani: "20 avqust Ramazan bayramıdır." (Yenilənmə saatı: 02:10)

313news.net-in ABNA-ya istinadən verdiyi məlumata görə, az əvvəl Ayətullah Sistaninin ofisindən səlahiyyətli şəxslərdən biri açıqlama verərək, Ayətullah Sistaninin 20 avqust tarixini bayram günü elan etdiyini bildirmişdir.

Ayətullah Sistaninn Nəcəf bürosundan verilən məlumata görə, şənbə günü axşam gün batana qədər hilal İraq, Ərəb və İslam ölkələrində adi gözlə görülmədiyindən Ayətullah Sistaniyə görə Şəvval ayı hilalı sabit olmamışdır. Beləliklə, Fitr bayramı bazar ertəsi günüdür.

Ayətullah Sistaninin risaləsindən:

Məsələ 1702: Şəriət hakiminin hökm etməsi ilə ayın əvvəli sübut edilməz. Amma əgər onun hökmündən və ya ayın (əvvəli) olmasını sübut edilməsi ilə ayın görünməsinə xatircəmlik hasil olsa, (ayın əvvəli sübut olunar).

В этом разделе