Turqut Özalın qəbrini açmağa hazırlaşırlar.
Türkiyə prezidenti yanında araşdırma qurumunun 19 il öncə dünyasını dəyişmiş səkkizinci prezident Turqut Özalın ölümündə şübhəli məqamlar olduğuna dair nəticənin əsasında, Türkiyə Baş Prukurorluğu cinayət işi qaldırıb. Türk mediasında yayılan xəbərlərə görə, prokurorluq orqanları keçmiş prezidentin qəbrini açmağa hazırlaşır.
Prezident Abdulla Gülün təlimatı ilə məsələni araşdıran adaşdırma qurumu, Özalın ölümü ilə bağlı hazırladığı raportu ictimaiyyətə açıqlamışdı. Bu gün yayılan xəbərlərdə isə prokuror Kemal Çetin, Turqut Özalın qəbrinin açılaraq ordan ekspertizaya verilməsi üçün saç örnəyi götürüləcəyini deyib.
islamazeri.com