Obama Suriyaya hücumun şərtini açıqladı

Barak Obama

“Suriyada kimyəvi silahlardan istifadə çox ağır nəticələrə gətirib çıxara bilər”

APA-nın məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama deyib. 

B. Obama bildirib ki, kimyəvi və bioloji silahlar barəsində diqqətli olmaq lazımdır: “Bu yalnız Suriyanı maraqlandıran mövzu deyil, İsrail də daxil olmaqla bölgədəki yaxın müttəfiqlərimizi və bizi də narahat edir. Ona görə də Suriya hakimiyyəti kimyəvi silahdan istifadə edərsə, ABŞ ordusu Suriyaya hərbi müdaxilə edə bilər. Hazırda Suriyadakı vəziyyəti diqqətdə saxlayırıq”.

В этом разделе