Hillari Klinton Çinə səfər edib

ABŞ dövlət katibi Hillari Klinton Çinin paytaxtı Pekinə yola düşüb. O, Cənubi Çin dənizində ərazi mübahisəsinin həlli istiqamətində Çin liderlərinə mesaj çatdıracağına söz verib

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Klinton münaqişənin nizamlanmasında kodun müəyyən edilməsi üçün Çinin Cənub-Şərqi Asiya Dövlətləri təşkilatı (ASEAN) ilə birgə işləməsini istəyir. O, bu əməkdaşlığın ehtiyat yataqları ilə zəngin regionda gərginliyin artmasının qarşısını alacağına ümid edir.

Demək olar ki, bütün dənizin öz ərazisi olduğunu iddia edən Pekin belə bir razılığın imzalanmasına müqavimət göstərir.

İndoneziyadan Çinə getməmişdən əvvəl xanım Klinton Cakartada İndoneziya prezidenti Susilo Bambanq və ASEAN-ın baş katibi Surin Pitsuvanla görüşüb.

В этом разделе