Amerika Birləşmiş Ştatları "Əl-Qaidə" lideri Usama Bin Ladenin öldürülməsində mühüm rol oynayan və ABŞ kəşfiyyatına cəsusluq etdiyinə görə 33 il həbs cəzasına məhkum edilən pakistanlı həkim Şakil Afridinin azad edilməsini istəyib.
ABŞ-ın Pakistan və Əfqanıstan üzrə xüsusi səfiri Mark Qrossman Pakistana 2-günlük səfəri zamanı prezident Asif Əli Zərdari, eləcə də bu ölkənin baş naziri, müdafiə və daxili işlər nazirləri ilə görüşündə bu məsələni gündəmə gətirib.
ABŞ-ın İslamabaddakı səfirliyinin açıqlamasına görə, Mark Qrossman Pakistan hökumətini tərəflərin ortaq maraqlarını nəzərə alaraq, regional və beynəlxalq maraqlar naminə müştərək hərəkət etməyə çağırıb.
anspress.com