Leon Panetta: “İsrail İrana hərbi müdaxilə etmək məsələsində hələlik qərar verməyib”

ABŞ-ın müdafiə naziri Leon Panetta İsrailin hazırkı mərhələdə İranın nüvə obyektlərini bombalamaq məsələsində heç bir qərar vermədiyini bildirib

APA-nın məlumatına görə, Pentaqon rəhbəri deyib ki, İranın nüvə proqramı ətrafında yaranmış problemin diplomatik yola həlli məqsədilə müzakirələr aparılması üçün hələ zaman var: “Daha əvvəl də söylədim, indi də söyləyirəm. İsrailin İrana hazırkı mərhələdə hərbi müdaxilə edib-etməmək məsələsində qərar verdiyini düşünmürəm”. L.Panetta vurğulayıb ki, İsrail milli mənafeyinə uyğun olduğuna inandığı qərarlar verən suveren bir dövlətdir.

В этом разделе