Rusiyadan ABŞ-a İran xəbərdarlığı

FaktXeber.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya ABŞ-ın İrana qarşı sanksiyaların qəbul edilməz olduğunu açıqlayıb.

Rusiya xarici işlər nazirliyinin sözcüsü Mariya Zaxarova bildirib ki, Rusiya ABŞ-ın İrana qarşı bir tərəfli sanksiyalarını tanımır. Bu sanksiyalar qəbul edilməzdir. Bir tərəfli və beynəlxalq hüquqa zidddir. ABŞ qanunlarının bütün dünyada yayılmasının əleyhinəyik. Əgər bu sanksiyalar Rusiya şirkətlərinin fəaliyyətlərinə ziyan vurarsa, o zaman Moskva-Vaşinqton əlaqələrinə ciddi təsir edəcək.

В этом разделе